Bu ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 217 normativ-hüquqi akt layihəsi hazırlanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni normativ-hüquqi akt layihələri sosial islahatların həyata keçirilməsinə, sosial müdafiə sisteminin gücləndirilməsi və aktiv məşğulluq proqramlarının genişlənməsinə xidmət edir. Bununla, həmçinin əmək və məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində normativ-hüquqi bazanın təkmilləşdirilməsi təmin olunur.
Ümumilikdə son beş ildə nazirlik tərəfindən 2 min normativ-hüquqi akt layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
"Xalq qəzeti"

