İsmət Səttarov: “Əkinçi” qəzetinin çapı ilə bünövrəsi qoyulan Azərbaycan mətbuatı öz missiyasını uğurla davam etdirir

post-img

XIX əsrdə “Əkinçi” qəzetinin çapı ilə möhkəm təməllər üzərində bünövrəsi qoyulan Azərbaycan mətbuatı XXI əsrdə də öz missiyasını uğurla davam etdirir. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra zamanın bütün sınaqlarından üzüağ çıxan milli mətbuatımız üçün də yeni dövr başlayıb.

Bunu Audiovizual Şuranın sədri İsmət Səttarov “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, mediamızın bu dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev mediaya doğma münasibət sərgiləyir. Dövlətimizin başçısının diqqəti nəticəsində mediaya sistemli dəstək göstərilir.

Sosial həyat