Avropa İttifaqı ukraynalı hərbçilərin hazırlanması məsələsini müzakirə edəcək

post-img

Avropa İttifaqı Ukrayna hərbçilərinin hazırlanması üzrə tədbirləri ölkənin özünə köçürmək məsələsinə baxacaq. Bu barədə bu gün Avropa Komissiyasının sədr müavini Jozef Borrel bəyan edib. Məlumatı “İzvestiya.ru” verib. 

Bununla bağlı sənəd DPA agentliyindədir, bir sıra mətbuat orqanları ondan sitatlar gətirir. 

Borrelin sözlərinə görə, Ukrayna hərbçiləri üçün hərbi hazırlıq proqramının genişləndirilməsi məsələsi gündəlikdədir və bu mövzu bu gün Aİ ölkələri XİN başçılarının görüşündə müzakirə ediləcək. Bundan əlavə, Borrel Ukraynaya silah və texnika göndərilməsi üçün əlavə milyardlar ayrılmasını təklif edib. 

Qeyd edək ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin 25 min əsgəri təlim proqramlarında iştirak edib, yaxud hələ təlim məşqlərini davam etdirir. 

 

Paşa ƏMİRCANOV, 

“Xalq qəzeti”

Dünya