Milli Azərbaycan Tarixi Muzeyində yeni qurulan ekspozisiyada “Xınayaxdı mərasimi” adlı vitrin təşkil olunur.
Bu barədə AZƏRTAC-a müsahibəsində muzeyin Etnoqrafiya Elmi Fond şöbəsinin müdiri Gülzadə Abdulova məlumat verib. O bildirib ki, vitrində xalqımızın toy adət-ənənələrinə aid olan xınayaxdı mərasimini əks etdirən müxtəlif eksponatlar - qolçaq, xına camı, xonça örtüyü, xınabənd, məcməyi s. yer alır.
Bakı, Gəncə, Şəki, Qarabağ və ölkəmizin digər bölgələrindən toplanmış XIX-XX əsrlərə aid olan həmin eksponatlar öz unikallığı ilə seçilir.
Xınayaxdı mərasimi əsrlər boyu Azərbaycanın bölgələrində inkişaf edərək zəngin bir adət sisteminə çevrilib.