Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramı iştirakçılarına aktivlər paylaması ötən həftə də davam edib.
Son bir həftədə paytaxt və regionlarda 700-ə yaxın işsiz və işaxtaran şəxsə bu proqram çərçivəsində mal və materiallar formasında aktivlər təqdim olunub. Onların bir hissəsi şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarıdır.
Verilmiş aktivlər hesabına proqram iştirakçıları üçün kənd təsərrüfatı, istehsal və xidmət istiqamətləri üzrə kiçik təsərrüfatlar yaradılıb. Özünüməşğulluq proqramına cəlb olunan şəxslərə təlimlərdə kiçik biznesin təşkili və idarə olunmasına dair bilik və bacarıqlar öyrədilir. Sonra onlar özünüməşğulluq istiqaməti üzrə aktivlərlə təmin olunurlar.
Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”