“Heydər Əliyevin həyatının 100 anı” İstanbulda

post-img

Türkiyədə “Heydər Əliyevin həyatının 100 anı” (100 moments of Heydar Aliyevs life) kitabının ingilis dili versiyasının təqdimat mərasimi keçirilib.

“Türkiyə Jurnalistlər Birliyinin” Mət­buat Muzeyində “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfi ilə “Azərbaycanım” beynəlxalq jurnalı tərəfindən birgə təşkil olunan təqdimat­da rəsmi şəxslər, deputatlar, ictimai-si­yasi xadimlər, KİV nümayəndələri işti­rak ediblər.

Kitabın müəllifi, tanınmış publisist Emil Nəsirli ümummilli lider Heydər Əliyev həyatını Azərbaycanın müstəqil­liyinə, ölkəmizin inkişafına, xalqımızın firavan gələcəyinə həsr etdiyini bildirib. 

Çıxışında Ulu öndərlə bağlı xoş xatirələrini bölüşən “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suver əminlik­lə vurğulayıb ki, Ümummilli liderimizin müəyyən etdiyi uzaqgörən dövlətçilik strategiyası onilliklər boyu Türk dünya­sının birliyinə, Türkiyə–Azərbaycan qar­daşlığının inkişafına töhfələr verəcək.

Türkiyənin ekologiya naziri Ali Talip Özdemir, professor Özgur Çengel və digərlərinin çıxışlarında Ulu öndər şəx­siyyətinin ucalığından bəhs olunub.

“Xalq qəzeti”

Sosial həyat