“Baxıcı–dayə xidmətinin təşkili”

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Dəstək Mərkəzi “Baxıcı–dayə xidmətinin təşkili” layihəsinə başlayıb. 

Ahıl və əlilliyi olan şəxslərə sosial xidmətlər göstərən əməkdaşlar peşəkar bilik və bacarıqlarının artırılması üçün bu layihə üzrə təlimlərə cəlb olunacaq. Tə­limlər iyul ayı ərzində davam edəcək.

Layihə ahıllar və əlilliyi olan şəxslərə keyfiyyətli sosial xidmətlər göstərilmə­sinə, eyni zamanda, əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanma­sına dəstək məqsədi daşıyır.

Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat