DOST-un saytı dostunuz olacaq

post-img

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin saytı istifadəyə verilib. Saytda mərkəzə qəbul və müraciət qaydaları, xidmət istiqamətləri, könüllülük fəaliyyəti, təlimçilər, layihələr və digər məsələlərlə bağlı məlumatlar əksini tapıb.

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ya­radılan, 2021-ci ilin oktyabrında açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda ilk və ən bö­yük inklüziv məkandır. 

Eyni vaxtda 140-dan çox benefisiarın təlim almaq imkanının olduğu mərkəzdə şəhid ailələlərinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum ol­muş uşaqlar, aztəminatlı ailələr və əlilliyi olan şəxslərin yaradıcılıq potensialının inkişafına dəstək göstərilir. 

Burada onların bacarıqlarının inki­şafı və sosial-psixoloji dəstək məqsədi ilə ümumilikdə 14 istiqamət üzrə təlim­lər keçirilir. Hazırda həssas qruplara aid 200-dək benefisiar müxtəlif fəaliyyət is­tiqamətləri üzrə təlimlərdə iştirak edir.

Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat