Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 222 Bakı şəhəri, 7 iyul 2023-cü il

“Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası”nın və “Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Na­zirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 134 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abza­sını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tər­tib edilməsi Qaydası”nın və “Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 134 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 1999, № 8, maddə 529; 2006, № 9, maddə 822; 2007, № 3, maddə 302; 2021, № 10, maddə 1199) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qərarla təsdiq edilmiş “Ərazi, müəssisə və təşkilatların radioloji-gigiye­nik pasportlarının forması və tərtib edilməsi Qaydası” üzrə:

1.1. 3-cü hissədə “dövlət sanitariya nəzarəti orqanı və” sözləri “Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qaydaya 1 nömrəli əlavə - “İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə və təşkilatların radioloji-gigiyenik Pasportu”nun 6-cı hissəsində “Dövlət sanitariya nəzarəti orqanı və” sözləri “Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilsin və həmin hissədən birinci halda “(imza)”, “(tarix)” sözləri və “M.Y.” akronimi çıxarılsın;

1.3. həmin Qaydaya 2 nömrəli əlavə - “Ərazinin radioloji-gigiyenik Pasportu”nun 14-cü hissəsinin birinci sətrində “Dövlət sanitariya nəzarəti orqanı və” sözləri “Azər­baycan Respublikasının” sözləri ilə əvəz edilsin və həmin hissədən birinci halda “(imza)”, “(tarix)” sözləri və “M.Y.” akronimi çıxarılsın.

2. Həmin Qərarla təsdiq edilmiş “Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət Qaydası” üzrə:

2.1. 1.3-cü bənd ləğv edilsin;

2.2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

2. “Müəssisə və təşkilatlar tərəfindən ilin sonunda (növbəti ilin yanvar ayının 15-dək) ionlaşdırıcı şüa mənbələri ilə işləyənlərin fərdi şüalanma dozalarının uçot vərəqəsi (bundan sonra – uçot vərəqəsi) Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə (bundan sonra – Nazirlik) təqdim edilməlidir (1 nömrəli əlavə)”;

2.3. 3-cü hissədə “idarədə” sözü “müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilsin;

2.4. 5-ci hissənin ikinci abzası ləğv edilsin;

2.5. 6-cı hissə üzrə:

2.5.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:

“Fərdi şüalanma dozaları uçot vərəqəsində qeyd edilir. Uçot vərəqəsi işçi işdən azad edildikdən sonra 50 il müddətində saxlanılmalıdır. İşçinin radioaktiv maddələr və digər ionlaşdırıcı şüa mənbələrinin tətbiqi ilə əlaqədar işlər aparılan başqa müəs­sisəyə və ya təşkilata keçməsi hallarında onun uçot vərəqəsinin surəti yeni iş yerinə verilməli, əsli isə əvvəlki iş yerində saxlanılmalıdır”;

2.5.2. ikinci abzasa “şəxslərin” sözündən sonra “ezamiyyət müddətində aldığı” sözləri əlavə edilsin və həmin abzasda “məlumatları” sözü “məlumat” sözü ilə əvəz edilsin;

2.6. 7-ci hissə üzrə:

2.6.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:

“Fərdi şüalanma dozalarının normadan artıq olması müəyyən edilən bütün hal­larda radiasiya təhlükəsizliyi xidməti və ya radiasiya nəzarətinə cavabdeh şəxs dər­hal bu barədə müəssisənin (və ya təşkilatın) rəhbərliyinə, müəssisənin (və ya təşki­latın) rəhbərliyi isə öz növbəsində Nazirliyə məlumat verir”;

2.6.2. ikinci abzasda “Ərazi üzrə sanitariya-epidemioloji xidmət müəssisəsi idarənin müdiriyyəti” sözləri “Nazirlik müəssisənin (və ya təşkilatın) rəhbərliyi” söz­ləri ilə, “fərdi dozaların” sözləri “fərdi şüalanma dozalarının” sözləri ilə əvəz edilsin;

2.7. 8-ci hissədə “Yol verilən şüalanma dozası həddindən artıq doza almış şəxs­lər” sözləri “Müəyyən olunmuş normadan artıq şüalanma dozasına məruz qalmış şəxslər” sözləri ilə əvəz edilsin;

2.8. 10-cu hissə aşağıdakı redaksiyada verilsin:

“10. Əhalinin və işçilərin radiasiya təhlükəsizliyini təmin etmək məqsədilə təbii radiasiya fonu və ya texnogen təsirlə dəyişilmiş radiasiya fonu yüksək olan yerlərdə radiasiya nəzarəti həmin ərazidə aparılan radioloji ölçmələrin nəticələrinə görə ye­rinə yetirilən qiymətləndirmə əsasında müvafiq olaraq Nazirlik və müəssisənin (və ya təşkilatın) rəhbərliyi tərəfindən aparılır”;

2.9. həmin Qaydaya 1 nömrəli əlavə - “İonlaşdırıcı şüa mənbələri ilə işləyənlərin fərdi şüalanma dozalarının uçot vərəqəsi” üzrə:

2.9.1. 1-ci hissədə “İdarə, müəssisə” sözləri “Müəssisə (və ya təşkilat)” sözləri ilə əvəz edilsin;

2.9.2. 7-ci hissədə “idarədə” sözü “müəssisədə (və ya təşkilatda)” sözləri ilə əvəz edilsin;

2.9.3. aşağıdakı məzmunda 11-ci hissə əlavə edilsin:

11. Şüalanma dozası barədə məlumat

 

Ay
Dozimetrinyerləşdiyi sahə
İllər üzrə dozalar, mZv (millizivert) mRBE (millirengenin bioloji ekvivalenti)
Qeyd 
 
____-il 
____-il 
____-il 
____-il
____- il
1
2
3
4
5
6
7
8
 
I
əllərsinəçanaq
 
II
əllərsinəçanaq
 
III
əllərsinəçanaq
 
I rüb
 
IV
əllərsinəçanaq
 
V
əllərsinəçanaq
 
VI
əllərsinəçanaq
 
II rüb
 
VII
əllərsinəçanaq
 
VIII
əllərsinəçanaq
 
IX
əllərsinəçanaq
 
III rüb
 
X
əllərsinəçanaq
 
XI
əllərsinəçanaq
 
XII
əllərsinəçanaq
 
IV rüb
 
İl ərzində 
 
 
 2.10. həmin Qaydaya 2 nömrəli əlavə - “Şüalanma dozası barədə məlumat” ləğv edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları