Qazaxda yeni məktəb binası istifadəyə verilib

post-img

         Dünən Elm və Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə Qazaxda Mehdi Hüseyn adına Humanitar və Təbiət Təmayüllü Məktəb-Liseyin yeni tikilmiş tədris binasının açılışı olub.

         Yeni məktəb binası 4 mərtəbədən ibarətdir. Məktəbin 28 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 informatika kabineti, məktəbəhazırlıq və tibb otaqları, 244 nəfərlik akt zalı, qapalı və açıq idman meydançaları, kitabxanası, 172 yerlik bufeti var.

         Açılışda iştirak edənlər  məktəbdə yaradılmış şəraitlə yaxından tanış olmuşlar.

                       Hamlet QASIMOV, 

“Xalq qəzeti”nin bölgə müxbiri, 

Qazax

 











Sosial həyat