Şəmkirdə məktəbin yerləşdiyi küçədə asfalt, səki salındı, işıqfor qoyuldu…

post-img

         Şəmkirdəki Cahangir Rüstəmov adına orta ümumtəhsil məktəbinin yerləşdiyi H.Cavid küçəsindəki gərginlik, hər an baş verə biləcək təhlükə yerli icra strukturlarının köməyi ilə aradan qaldırılmışdır. Belə ki, normal səkinin olmaması, yolun bərbad vəziyyəti burada sakinlərin narahatlığına səbəb olurdu.

         Artıq küçənin asfalt örtüyünün yararsız hala düşmüş hissələrində təmir-bərpa işləri aparılmış, yeni səki salınmışdır. Bir qədər əvvəl  sakinlərin, xüsusilə də məktəblilərin təhlükəsizliyini təmin etmək məqsədilə həmin küçənin N.Nərimanov küçəsi ilə kəsişməsində işıqfor da quraşdırılmış, piyada keçidi düzəldilmişdi. 

         Qeyd edək ki, Şəmkirdə abadlıq-quruculuq işlərinə, o cümlədən yolların təmiri işlərinə xüsusi nəzarət var. RİH işçiləri, müvafiq strukturların məsul şəxsləri, demək olar ki, hər gün həm yenidənqurma işləri aparılan küçələrə, həm də təmirinə ehtiyac olan, asfaltlanacaq sahələrə baş çəkir, vəziyyəti yerində öyrənirlər. 

         Rayon icra hakimiyyətindən aldığımız məlumata görə, Şəmkir şəhərinin bütün küçələri mərhələli şəkildə müasir standartlara uyğun qurulacaq.

 

                         Hamlet QASIMOV, 

“Xalq qəzeti”nin bölgə müxbiri, 

Şəmkir

 

 







Sosial həyat