Demokratik dövlət quruculuğunun banisi

post-img

Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev ili” elan edilməsi ulu öndərin bütün sahələrdə qazandığı uğurların təhlilində və gənc nəslə çatdırılmasında əhəmiyyətli rol oynayır. Sənəddə də qeyd edildiyi kimi, ulu öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib və məharətlə həyata keçirib. 

1993-cü ilin ikinci yarısında siyasi ha­kimiyyətə qaydışından sonra Azərbaycan faciələrdən xilas oldu. Ulu öndər sabitliyi və normal investisiya mühitinin mövcud­luğunu hər bir sahənin inkişafında əsas faktor kimi önə çəkdi. İlk gündən demok­ratik, hüquqi, dünyəvi dövlət quruculuğu­nu qarşıya əsas hədəf kimi qoyaraq bu istiqamətdə mühüm addımlar atdı. O döv­rdə yenicə müstəqillik əldə etmiş bir döv­lətin inkişafında mükəmməl qanunvericlik bazasının yaradılması, qanunun aliliyinin təmin edilməsi mühüm şərt idi. “Azərbay­can Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”- deyən Heydər Əliyevin rəh­bərliyi ilə zaman keçdikcə bu sahədə bö­yük uğurlar qazanıldı. 

Azərbaycanda müstəqil məhkəmə haki­miyyətinin formalaşması da ümummilli lider Heydər Əliyevin xüsusi diqqət mərkəzində olub. Konstitusiyanın qəbulu ilə məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin müstəqil qolunun bütün atributlarını, hüquqi döv­lətin prinsip və vəzifələrinə uyğun olaraq qanunverici və icra hakimiyyəti ilə eyni statusu qazandı. Ulu öndərin təşəbbüsü ilə 1997-ci ildə “Məhkəmələr və hakimlər haqqında” yeni Qanun qəbul edildi. Qanu­nun tətbiq edilməsi və məhkəmə islahat­larının həyata keçirilməsinə dair fərman imzalandı. Ümummilli liderimizin rəhbərliyi ilə aparılan əsaslı məhkəmə-hüquq isla­hatları nəticəsində yeni, üçpilləli müstəqil məhkəmə sistemi formalaşdırıldı. 1998-ci ildə Azərbaycan Respublikası Preziden­ti yanında məhkəmələrin təşkil edilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı di­gər məsələləri öz səlahiyyətləri dairəsində həyata keçirmək vəzifələrini yerinə yetirən Məhkəmə-Hüquq Şurası təsis olundu.

Qanunçuluğun təmin edilməsi, in­san hüquq və azadlıqlarının qorunması, ədalətlilik, humanizm və insanpərvərlik də ulu öndər Heydər Əliyevin milli inkişaf strategiyasının mühüm tərkib hissələrin­dən biri idi. Bu dəyərlər ulu öndərin hələ sovet hakimiyyəti dövründə respublikaya başçılıq edərkən, həmçinin keçmiş İtti­faqın ali rəhbərliyində təmsil olunarkən siyasi və idarəçilik fəaliyyətində önəmli yer tutub. Eyni zamanda müstəqillik illə­rində milli dövlət quruculuğunun aparıcı is­tiqamətlərində öz ifadəsini tapıb. Daim qa­nunun aliliyi prinsipinə əsaslanan müdrik siyasi xadim müstəqil dövlət quruculuğu dövründə çevik və səmərəli hüquq siste­mi formalaşdırılarkən ədliyyə orqanlarının roluna xüsusi əhəmiyyət verib, onun da­vamlı islahatlar yolu ilə təkmilləşdirilməsini diqqətdə saxlayıb. Hələ sovet hakimiyyəti dövründə, məhz, ulu öndərin təşəbbüsü ilə təşkilati cəhətdən yenidən qurulan və zən­gin inkişaf yolu keçən Azərbaycan ədliyyə­sinin səlahiyyətləri dövlət müstəqilliyinin bərpasından sonra daha da genişlənib, onun cəmiyyətdəki rolu və nüfuzu artıb, peşəkar kadr potensialı gücləndirilib.

Postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətinin məh­kəməyə verilməsi, həmçinin Şərqdə ilk dəfə ölüm cəzasının ləğvi ulu öndərin rəh­bərliyi ilə Azərbaycan ədliyyəsində apa­rılan islahatların mühüm nəticələrindən olub. Ölüm cəzasının ləğvi ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məcli­sinə ünvanlandığı tarixi müraciətdə müdrik və uzaqgörən rəhbər insan həyatının ən yüksək dəyər, yaşamaq hüququnun hər bir insanın təbii və ayrılmaz hüququ olduğunu qeyd edərək, bu cəzanın tətbiqini insan lə­yaqətinə, bütövlükdə, insan hüquqları ide­yasına zidd olan qeyri-insani və amansız tədbir kimi qiymətləndirir. Ölüm cəzasının ləğvinin tarixi hadisə olmaqla bərabər, cinayət-hüquq siyasətinin humanistləşdi­rilməsi sahəsində atılan qətiyyətli addım və hüquq sistemində islahatların mühüm mərhələsi olacağına əminliyini bildirirdi. Ulu öndər bununla bəşəri humanizmə və beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirdi. 

Amnistiya və əfvetmə institutunun ge­niş tətbiqi ulu öndər Heydər Əliyevin əd­liyyə orqanları üçün də başlıca meyar kimi müəyyənləşdirdiyi humanizmin mühüm təzahürlərindəndir. Məhz onun təşəbbüsü ilə 1995-2003-cü illərdə qəbul olunmuş 7 amnistiya aktı 77 mindən çox insana şamil edilib, 32 əfv fərmanı imzalanaraq 3100-dən çox məhkum bağışlanıb.

Heydər Əliyev tərəfindən əsası qo­yulmuş humanizm siyasətini möhtərəm Prezidentimiz İlham Əliyev dövlət idarə­çiliyinin əsas prinsiplərindən biri kimi qə­tiyyətlə davam etdirir. Ölkə rəhbərinin əfv fərmanları, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xa­nım Əliyevanın təşəbbüsü ilə qəbul edilən Amnistiya aktları minlərlə insana bu huma­nizmdən bəhrələnərək cəzadan vaxtından əvvəl azad edilmək, cəmiyyətə reinteqra­siya olunmaq imkanı verib. İnsan hüquq­larının qorunması və yeni müdafiə mexa­nizmlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Milli Konsti­tusiyamıza üç dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsvermə­sinin keçirilməsi, 18 iyunun ölkəmizdə İn­san Hüquqları Günü təsis edilməsi və sair kimi mühüm addımlar vətəndaş amilinin önəmini açıqlayır. 

Hakimiyyətin hər üç qolunda–icra, qanunvericilik və məhkəmə-hüquq sis­temində təkmil islahatların həyata ke­çirilməsi ölkəmizin hərtərəfli inkişafına geniş imkanlar yaradır. Dövlət başçımız İlham Əliyevin 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı da deyilənlərin təsdiqidir. Sənəddə də qeyd edildiyi kimi, ölkəmizin davamlı tərəqqi­sinin təmin edilməsi üçün bütün sahələr­də həyata keçirilən islahatlar məh­kəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. 

Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılma­sı prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyə­tində şəffaflıq artırılmalı, məhkəmə icra­atının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və di­gər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir. 

Rəşad QOŞQARLI,
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi

Sosial həyat