Müdriklik, qətiyyət və zəngin dövlətçilik təcrübəsi

post-img

Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz məktəbdir. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. 

Ulu öndər Heydər Əliyevin Azər­baycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə bugünkü döv­lət müstəqilliyimizin möhkəm təməli qoyulmuş, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başlamış, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atılmış, hər il yüzlərlə gənc müxtəlif peşələrə, o cümlədən hərbi ixtisas­lara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndəril­miş, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkilmişlər. 

Özünün təkmil dövlətçilik kon­sepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verən ümum­milli lider Heydər Əliyev “ədaləti ədalətsizliklə bərpa etmək olmaz” – deyərək dövlət idarəçiliyində qa­nunun əliliyini, ədaləti əsas meyar kimi müəyyənləşdirmiş, vəzifə səla­hiyyətləri ilə bağlı cinayətlərə, rüş­vətxorluğa qarşı barışmaz münasi­bət nümayiş etdirirmişdir. 

20 Yanvar faciəsindən bir gün sonra ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək xalqı­mızın kədərini bölüşməsi və sovet hakimiyyətinin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etməsi o dövrdə xalqımıza bir dayaq, bir təsəlli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi. 

1991-1993-cü illərdə Naxçı­vana rəhbərliyi dövründə Heydər Əliyev tərəfindən respublikamızın müstəqilliyi yolunda mühüm ad­dımlar atıldı, Muxtar Respublikanın adından “sovet sosialist” sözləri çıxarıldı, üçrəngli milli bayrağımız ilk dəfə Naxçıvanda Dövlət bayrağı kimi qəbul olundu, Dünya Azərbay­canlılarının Həmrəyliyi Günü təsis edildi, 20 Yanvar faciəsinə siyasi qiymət verildi, SSRİ-nin saxlanıl­ması barədə referendumdan imtina edildi, mühüm imperiya strukturla­rının fəaliyyəti dayandırıldı, ilk dəfə olaraq sovet qoşun hissələri muxtar respublikadan çıxarıldı. 

Lakin 1991 -ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz ilk illərdə onu itirmək təh­lükəsi qarşısında qalmışdı. Ölkə­də müharibə gedirdi, idarəçilik yox dərəcəsində idi, hər yerdə xaos, anarxiya hökm sürürdü. 

Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azər­baycan xalqı onu təkidlə hakimiy­yətə çağırırdı. Xalqımız inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır vəziy­yətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. 

Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı ya­ratmaqla gerçəkləşdirdi. Heydər Əliyevin müəllifi olduğu 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qə­bul olunmuş Azərbaycan Respub­likasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiə­si, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi. 

Əsas Qanunun qəbulu ölkə­də bütün sahələrdə, o cümlədən hüquqi islahatların hərtərəfli və kompleks həyata keçirilməsinə rə­vac verdi və bu məqsədlə müxtəlif komissiyalar yaradıldı. Hüquq sis­teminə müstəsna əhəmiyyət verən ümummilli lider Hüquqi İslahat Ko­missiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək, islahatların qısa müddətdə vs mütəşəkkil aparılma­sını təmin etdi. 

Ulu öndər hüquqi islahatlarla bağlı deyirdi: “Bu islahatları ona görə aparmırıq ki, kimsə bizə de­yir, kimsə bunu bizdən tələb edir. Biz özümüz anlamalıyıq ki, “hüquqi, demokratik dövlət qururuq”. Bunu təmin etmək də qanunlarla ola bilər. Gərgin fəaliyyət nəticəsində ölkəmizin bu günü və gələcəyi na­minə son dərəcə vacib və əhəmiy­yətli, habelə hüquq sisteminin ma­hiyyətini müəyyən edən tam yeni mütərəqqi qanunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edildi. Bu qanunvericilik aktları beynəlxalq səviyyəli mütəxəssislər tərəfindən ekspertizadan keçirilməklə yüksək dəyərləndirildi. 

Dahi rəhbər hər an, hər şərait­də qanunun aliliyini qoruyub saxla­mağa çağırırdı: “Qanun hamı üçün qanundur. Həm adi vətəndaş üçün, həm hakimiyyət məmuru üçün, həm də dövlət məmuru üçün”. İnsan hüquqlarının qorunmasına müstəs­na əhəmiyyət verən ümummilli li­derimizin 1998-ci ildə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahə­sində tədbirlər haqqında” fərma­nı isə insan hüquqlarının təminatı sahəsində yeni mərhələnin əsasını qoydu. 

1999-cu ildə ümummilli lider tərəfindən “Ədalət mühakiməsinin rəsmi embleminin təsviri”, “Ha­kimlərin xüsusi geyimi haqqında” və “Hakimlərin xidməti vəsiqəsi haqqında” əsasnamələr təsdiq edil­di. İnsan haqlarının etibarlı qorun­ması dövlətin prioriteti kimi müəy­yən edilərək respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşuldu, 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyuldu, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü tamamilə ləğv edildi, əfv və amnistiya institutları geniş tətbiq edilməyə başlandı. 

Məhkəmə hakimiyyətini ya­ratmaq üçün ölkədə köklü məh­kəmə-hüquq islahatlarının apa­rılmasının zəruriliyini nəzərə alan ümummilli liderin təşəbbüsü ilə 1997-ci ildə zəngin demokratik ənənələri olan ölkələrin təcrübə­sinə əsaslanan “Məhkəmələr və hakimlər haqqında” yeni Qanun qəbul olundu və məhkəmə islahat­larına dair proqram xarakterli fər­man imzalandı. Qanun əsasında məhkəmə-hüquq sistemində əsaslı dəyişikliklər həyata keçirildi, ədalət mühakiməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin ge­nişləndirilməsi məqsədilə 2000-ci ilin sentyabr ayında Azərbaycan­da üçpilləli yeni məhkəmə sistemi yaradılaraq fəaliyyətə başlandı. Üçpilləli yeni məhkəmə sisteminin fəaliyyətə başlaması hər bir şəxsin hüquq və azadlıqlarının məhkəmə­də müdafiə edilməsinə, qəbul edil­miş məhkəmə qərarlarından şikayət etmək hüququna təminat verməklə, işlərə ilk olaraq birinci instansiya məhkəməsində bundan sonra qəbul edilmiş qərarların apelyasiya qay­dasında, daha sonra həmin qərar­ların kassasiya qaydasında yenidən yoxlanılmasına imkan verildi. Məhz həmin vaxtdan Azərbaycan post­sovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətini məhkəməyə verən və bununla da “Habeas Corpus” prinsipini tətbiq edən ilk dövlətlərdən oldu. 

2000-ci ildə dövlətçilik tariximiz­də ilk dəfə olaraq hakimlər şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə seçildi və nəticədə hakim korpusu 60 faiz təzələndi. Görülmüş tədbirlər əhali arasında məhkəmələrə etibarı artdı. Artıq insanlar pozulmuş hüquqların mü­dafiəsi üçün digər orqanlara deyil, məhz məhkəmələrə müraciət edir­lər. 

Prezident İlham Əliyevin “Məh­kəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli fərmanı məhkəmə sisteminin inkişafı baxımından mü­hüm yol xəritəsidir. Bu sənəd məh­kəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasının və məhkəmə-hüquq islahatlarının da­vamlılığının real göstəricisidir. 

Böyük qürur hissi ilə deyə bilə­rik ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti özünün yeni müasir inkişaf dövrü­nü yaşayır. Hər birimiz Heydər Əli­yevin dövlətçilik amallarına sadiq qalaraq ulu öndərin yüksək ideya­larını yaşatmaq və inkişaf etdirmək, Azərbaycan tarixinin yeni şanlı sə­hifələrini yazmaq naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməli, dövlət baş­çısının yüksək etimadına uyğun olaraq ölkəmizin hərtərəfli tərəqqisi üçün öz vəzifələrimizi layiqincə ye­rinə yetirməli və daha əzmkarlıqla çalışmalıyıq. 

Hümbət SƏLİMOV,
Balakən Rayon Məhkəməsinin sədri

Sosial həyat