AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanovun “Heydər Əliyev Azərbaycanda milli qanunvericiliyin və hüquqi dövlətin yaradıcısıdır” adlı kitabı işıq üzü görüb.
“Heydər Əliyev İli”nə ithaf edilən kitabda müstəqil Azərbaycanda ulu öndərin formalaşdırdığı hüquqi dövlətin milli qanunvericiliyində prosedur, nizamlanma və tənzimlənmə kontekstində dövlət, cəmiyyət və sosiosiyasi problemlərə dair elmi-nəzəri hüquqi baxışlar işıqlandırılır.
Kitabda müəllifin apardığı araşdırmalara əsasən, son illər ərzində beynəlxalq və respublika konfranslarındakı məruzələri, həmçinin ölkə qəzet və jurnallarında dərc edilmiş məqalələri də təkmilləşdirilərək işıqlandırılıb.
Kitab geniş oxucu kütləsi, bakalavr, magistr, doktorant, elmi tədqiqatçılar, QHT mənsubları və digərləri üçün hüquq sahəsində sanballı maarifləndirici vasitə ola bilər.
“Xalq qəzeti”