“Azpetrol” şirkətinin Ramazan bayramı ilə bağlı xeyriyyə tədbiri

post-img

“Azpetrol” şirkətinin təşəbbüsü və korporativ sosial məsuliyyət öhdəliklərinin icrası çərçivəsində Ramazan bayramı münasibətilə ərzaq yardımları paylanılıb.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir­liyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialı ilə birgə həyata keçirilən xeyriy­yə tədbiri paytaxt ərazisində yaşayan şəhid ailələrini əhatə edib. 

Bundan əlavə, bayram payları “Azpetrol” şirkətinin Vətən müharibə­sində şəhid olmuş dörd əməkdaşının ailələrinə də çatdırılıb. 

“Azpetrol” şirkəti Vətən müha­ribəsində şəhid olanların ailələrini və Qarabağ qazilərini daim diqqət mərkəzində saxlayır, bayramlarda və əlamətdar günlərdə onlara yardım edir. 

“Xalq qəzeti”

Sosial həyat