Ədliyyə Nazirliyində ulu öndərin zəngin irsini əks etdirən kitab sərgisi

post-img

Dünən Ədliyyə Nazirliyində AMEA Mərkəzi Elmi Kitabxanası ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə kitab sərgisi keçirilib.

Nazirliyin rəhbərliyinin və çoxsaylı kollektivinin, o cümlədən gənc ədliyyə iş­çilərinin, habelə Bakı Dövlət Universiteti Hüquq fakültəsinin tələbələrinin iştirak etdiyi sərgidə ümummilli lider Heydər Əli­yevin mənalı ömür yolu və titanik fəaliyyə­tindən, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, respublikamızın hərtərəfli inkişafına hesablanmış müdrik və uzaqgörən siyasətindən bəhs edən 400-dən çox kitab və müxtəlif adda minia­tür vəsaitlər nümayiş etdirilib.

Keçirilmiş sərgidə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov tarixi şəxsiyyət Heydər Əliyevin zəngin irsinin indiki və gələcək nəsillərə örnək olduğunu bildirib, sərginin əbədiyaşar liderimizin yüksək amallarının təbliği və öyrənilməsi baxı­mından mühüm əhəmiyyətini vurğulayıb. Nazir Azərbaycan ədliyyəsinin bir əsrlik tarixinə dair kitabı təqdim edərək, onun böyük hissəsinin məhz müasir məh­kəmə-hüquq sistemimizin müəllifi olan ulu öndərin müstəsna roluna həsr olunduğu­nu diqqətə çatdırıb.

Kitabxananın Heydər Əliyev və Azər­baycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova dahi Heydər Əliyev haqqında yeni əsərlər, nəşrlər barədə mə­lumat verib, ədliyyə işçilərinin ümummilli liderin irsinə böyük maraq göstərərək sər­gidə fəal iştirakını xüsusi qeyd edib.

Ulu öndərin hər kəsə nümunə ola biləcək həyat və fəaliyyəti barədə geniş təəssürat yaradan sərgi ilə tanışlıq gün ərzində davam edib.

Sosial həyat