“Heydər Əliyevin media dərsləri”

post-img

Nəsimi Rayon İcra Hakimiyyətinin “Xalq qəzeti” ilə birgə təşkil etdiyi “Heydər Əliyevin media dərsləri” mövzusunda konfransda müstəqil dövlətimizin banisinin demokratik cəmiyyətdə medianın rolu və vəzifələri ilə bağlı konseptual təlimi diqqət mərkəzində oldu, ulu öndərin milli jurnalistikamızın inkişafındakı xidmətləri qədirbilənliklə yad edildi.

Yerli ictimaiyyət nümayəndələrinin və mərkəzi media təmsilçilçilərinin iştirak etdiyi məclisi giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, ulu öndər Heydər Əli­yev Azərbaycana rəhbərliyinin hər iki döv­ründə milli mətbuatımızın, ölkə teleradio­sunun peşəkarlıq baxımından yüksəlişi və maddi-texniki bazasının möhkəmləndiril­məsi üçün əsaslı tədbirlər həyata keçirilib. 

Konfransın davamında “Xalq qəze­ti”nin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşov, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rə­himzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, fəlsəfə doktoru Alqış Mu­sayev və “Bakı xəbər” qəzetinin baş re­daktoru, Əməkdar jurnalist Aydın Quliyev bildirdilər ki, ulu öndər Heydər Əliyev jur­nalistikaya kifayət qədər açıq idi və azad, doğru sözün gücünü aydın dəyərləndirir­di. Ümummilli liderin böyük səyləri nəticə­sində Azərbaycanda mətbuat orqanları­nın azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması sahəsin­də ardıcıl tədbirlər həyata keçirildi. 

Qeyd edildi ki, ulu öndərin müstəs­na səyləri ilə müstəqillik illərində kütləvi informasiya vasitələrinin təsis edilməsi və azad fəaliyyəti üçün ölkəmizdə zəruri qanunvericilik bazası yaradıldı. Mətbuata dövlət nəzarəti olan senzuranın aradan qaldırılmasından sonra beynəlxalq stan­dartlara cavab verən, KİV-in təsis edil­məsi və fəaliyyəti üçün qanunvericiliyin təkmilləşdirilməsi, optimal hüquqi mühi­tin formalaşdırılması istiqamətində zəruri olan sənədlər qəbul edildi. Beləliklə, de­mokratik cəmiyyətdə medianın yerini ən dəqiq və qeyri-adi bir həssaslıqla dəyər­ləndirən düşüncə ulu öndərimiz Heydər Əliyevə məxsusdur.

Konfransda çıxış edən natitiqlərin çıxışlarında belə bir mülahizə ortaqlıq təşkil etdi: Ulu öndərin əsasını qoyduğu ənənəni davam etdirən Prezident İlham Əliyevin sərəncamları ilə müstəqil dövlə­timizdə azad, demokratik medianın inki­şafına, jurnalistlərin sosial problemlərinin həllinə dövlət dəstəyini təmin edən təsirli tədbirlər reallaşdırılıb. Bunların nəticəsidir ki, jurnalistika ölkədə ən sürətlə inkişaf edən, informasiya-kommunikasiya texno­logiyalarının tətbiqi ilə günü-gündən tək­milləşən fəaliyyət sahələrindən biridir. 

(Konfrans haqqında geniş material qəzetimizin növbəti saylarında təqdim ediləcək.)

Tahir AYDINOĞLU,“Xalq qəzeti”

Sosial həyat