“Korrupsiya ilə mübarizədə Heydər Əliyev siyasi irsi”

post-img

Dünən Sabirabad şəhərində “Korrupsiya ilə mübarizədə Heydər Əliyev siyasi irsi” adlı konfrans keçirilib. İştirakçılar əvvəlcə ümummilli liderin şəhərdəki abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzinin Muzey hissəsində ulu öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini əks etdirən eksponat və fotostendlərlə tanış olublar.

Tədbirdə çıxış edən Baş prokuror ya­nında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Asəf Sarıkişiyev ümummilli lider Heydər Əliyevin rəhbər­liyi ilə korrupsiyaya qarşı aparılmış sis­temli mübarizə, həyata keçirilmiş əsaslı islahatlar, görülmüş təşkilati və preventiv tədbirlər, habelə korrupsiyaya qarşı mü­barizədə prokurorluq orqanlarının üzərinə düşən vəzifələr barədə ətraflı məlumat verib.

Milli Məclisin deputatı, Baş Prokuror­luğun Anti-Korrupsiya Təlim Mərkəzinin rəhbəri Kamal Cəfərov bildirib ki, kor­rupsiyaya qarşı mübarizə istiqamətində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin qəti siyasi iradəsi Azərbaycan Respublikası­nın Prezidenti İlham Əliyev tərəfindən da­vam etdirilməklə həyata keçirilən mövcud siyasətin əsas istiqamətini təşkil edir.

Sonra digər natiqlər dahi lider Heydər Əliyevin korrupsiyaya qarşı konkret əməli addımlarla müşahidə olunan barışmaz si­yasətinin digər fəaliyyət sferalarına müs­bət təsirləri barədə çıxış ediblər.

Sosial həyat