Avropa çempionatından 2 qızıl, 1 gümüş

post-img

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında sərbəst güləşçilərimiz böyük uğurla iştirak edirlər. Yarışın ikinci gününü güləşçilərimiz 2 qızıl, 1 gümüş medalla başa vurublar. 

İlk medalı komandamızın aktivinə Əliabbas Rzazadə (57 kq) yazdırıb. Qızıl medal uğrunda Türkiyə təmsil­çisi Süleyman Atlıya heç bir şans ver­məyən 25 yaşlı pəhləvanımız təcrübəli rəqibini vaxtından əvvəl 12:2 hesabı ilə məğlub edərək karyerasında ilk Avropa çempionluğunu qazanıb.

Növbəti uğur Hacı Əliyevdən (70 kq) gəlib. Rəqibi Ramazan Ramaza­novu (Bolqarıstan) finalda 10:3 hesabı ilə məğlub edən millimizin kapitanı dör­dqat Avropa çempionu tituluna sahib olub. 

Təmsilçimiz – son Avropa çempio­nu Maqomedxan Maqomedov (97 kq) həlledici mərhələdə Givi Matçaraşvili (Gürcüstan) ilə qarşılaşıb. Azərbaycan təmsilçisi öndə olsa da, son saniyələr­də üstünlüyü əldən verərək, 3:4 hesabı ilə məğlub olub və ikinci yerlə kifayət­lənib.

Komandamızın digər üzvləri Sə­buhi Əmiraslanovun (79 kq) zədəsi bürünc medal uğrunda serbiyalı Hetik Çabolovla görüşə çıxmağa imkan ver­mədiyi üçün 5-ci yerlə kifayətlənib. Əli Rəhimzadə (65 kq) isə bürünc medal uğrunda qarşılaşmada ukraynalı Erik Aruşanyana minimal fərqlə (6:7) udu­zub. 

Leyla QURBANOVA,“Xalq qəzeti”





İdman