Günəşdən daha parlaq…

post-img

Elm adamları fizika qanunlarına tabe olmayan yeni obyektin ətraflı müşahidələrini aparıblar. “M82 X-2” adlanan obyekt Günəşdən, təxminən, 10 milyon dəfə parlaqdır.

“The Astrophysical Journal” elmi jur­nalında NASA-dan olan tədqiqatçılar obyektin təfərrüatları haqqında ətraflı məlumat veriblər. Mütəxəssislərin fik­rincə, hətta “M82 X-2”nin mövcudluğu fizika qanunlarına ziddir. Alimlər bu cür obyektləri ultra-parlaq rentgen mənbələri (“ULX”) adlı sinfə aid edirlər. Onlar çox vaxt Günəşdən milyonlarla dəfə çox ener­ji yayırlar. Bu enerji miqdarı fizikada “Ed­dinqton limiti” kimi tanınan qanunu pozur. Alimlər bildirirlər ki, əgər obyekt “Eddinq­ton limiti”ni keçərsə, onun öz-özünə par­çalanması gözlənilir. NASA tədqiqatçıları yeni obyektin bu limiti mütəmadi olaraq 100-500 dəfə keçərək onları təəccüblən­dirdiyini vurğulayıblar. 

Əvvəlki nəzəriyyələr həddindən çox parlaqlığın, optik illüziya ola biləcəyini irəli sürsə də, yeni araşdırma bunun belə ol­madığını göstərib.

Bundan əlavə, astronomlar əvvəllər “ULX”lərin, əslində, qara dəlik ola biləcə­yinə inanırdılar. Lakin NASA tədqiqatçıla­rı “M82 X-2”in neytron ulduzu olduğunu müəyyən ediblər. Neytron ulduzlarının cazibə qüvvəsi Yerin cazibəsindən, təx­minən, 100 trilyon dəfə güclüdür.

Aytən NƏCƏFOVA, “Xalq qəzeti”

Sosial həyat