Kosmosa ilk dəfə ərəb qadın uçacaq

post-img

Mayın əvvəlində Səudiyyə Ərəbistanı ilk astronavtlarını Beynəlxalq Kosmik Stansiyaya göndərəcək. Pilot və elmi tədqiqatçı Rayyana Bərnavi isə kosmosa uçacaq ilk ərəb qadın olacaq. 

Səudiyyə Ərəbistanının ilk milli astronavt proqramının üzvləri olan Əli əl-Qarni və Rayyana Bərnavi ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən kosmik fəza­ya göndəriləcək dörd nəfərlik “Axi­om-2” missiyasına daxil ediliblər. Bu, Səudiyyə Ərəbistanının 1985-ci ildə ilk ərəb astronavtı – şahzadə Sultan bin Salmanı kosmosa gön­dərməsindən təxminən 40 il sonra­ya təsadüf edir. Səudiyyə Ərəbis­tanı astronavtları “Axiom Space” missiyasının Beynəlxalq Kosmik Stansiyaya ikinci tam özəl astro­navt qrupuna qoşulacaqlar. 

İndiyədək Beynəlxalq Kosmik Stansiyaya 20 ölkədən 263 nəfər uçub. Sayca 21-ci ölkə olacaq Səudiyyə Ərəbistanı, həmçinin or­bital laboratoriyada eyni vaxtda iki milli astronavtı işləyən altıncı ölkə olacaq. Qeyd edək ki, Rayyana Bərnavi “Axiom-2 missiyasında” mütəxəssis kimi xidmət edir. O, həmçinin döş xərçəngi və xərçəng kök hüceyrə tədqiqatında doqquzillik təcrübəyə malik tədqiqat labo­ratoriyası texnikidir. 

“Xalq qəzeti”

Son xəbərlər