Hava proqnozu

post-img

Aprelin 15-də

Bakıda və Abşeron yarımada­sında dəyişkən buludlu olacağı, gündüz havanın qısa müddətə arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Gecə 10-14°, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz olacaq. 

Naxçıvan şəhəri, Culfa, Ordu­bad, Sədərək, Şahbuz və Şərur rayon­larında əsasən yağmursuz keçəcək. La­kin gecə və səhər bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 4-8°, gündüz 17-22° isti olacaq. 

Xankəndi, Şuşa, Xocalı, Xo­cavənd, Ağdam, həmçinin Daş­kəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısında bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Bəzi rayon­larda arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 1-6°, gündüz 8-13° isti olacaq. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəl­bəcər, Qubadlı, Laçın, Zəngilan rayon­larında əsasən yağmursuz keçəcək. La­kin gecə və səhər bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 1-6°, gündüz 8-13° isti olacaq. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq əra­zilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 6-10°, gündüz 18-23° isti olacaq. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Mingə­çevir, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Şərq küləyi əsəcək, bəzi şərq rayonlarında arabir güclənəcək. Gecə 4-9°, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq. 

Yevlax, Göyçay, Ağdaş, Kürdə­mir, İmişli, Ağcabədi, Beyləqan, Sa­birabad, Biləsuvar, Saatlı, Şirvan, Ha­cıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi rayon­larda arabir duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 8-11°, gündüz 22-27° isti olacaq. 

Masallı, Yardımlı, Lerik, Lənkə­ran, Astara, Cəlilabad rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə du­man olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 10-13°, gündüz 19-24°, dağlarda gecə 5-8°, gündüz 13-18° isti olacaq.

 

Ekologiya