Qədim diyar tarixi turizm məkanıdır

post-img

Son dövrlərdə turizm sənayesinin inkişaf etdirildiyi ölkələrdə diqqət yetirilən sahələrdən biri də tarixi məkan və abidələrin turist marşrutlarına daxil edilməsidir. 

Bu sahədə atılan addımların nəticə­sidir ki, artıq bir sıra dünya ölkələrində beynəlxalq tarixi turizm konfransları təşkil olunur, turizmin inkişafında bu sahənin töhfəsi və çəkisi durmadan artır. Naxçı­van Muxtar Respublikası da bu turizm sahəsinin inkişaf etdirilməsi üçün mühüm potensiala malikdir. Naxçıvanın qədim ya­şayış məskəni kimi minilliklərə gedib çıxan tarixininin turistlər üçün maraqlı obyekt və abidələrinə hər qarışında rast gəlmək olar. Aparılan arxeoloji təhlillər də bu qə­dim Azərbaycan diyarının zəngin tarixə və mədəniyyətə malik olmasını sübut edir. 

Qədim diyarda tarixi turizmin önəm­li sahəsi sayılan arxeoloji tədqiqatların mühüm inkişaf yolu keçməsini bildirən AMEA Naxçıvan Bölməsi Tarix, Et­noqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilov qəzetimizə müsahibə­sində bildirdi:

–Turizm mütəxəssislərinə görə, in­sanlarda arxeoloji abidələrə maraq tədqiq olunduğu yerlərdə daha cəlbedici və ma­raqlı görünür. Arxeoloji turizmisə mədəni turizmin daxilində yer alan və insanların qədim dövrə, keçmişə marağından doğan istək əsasında formalaşan turizm növüdür. Əsas məqsəd arxeoloji qazıntılar zamanı tapılan mədəniyyət abidələrinin aşkar edil­diyi ərazidə nümayiş etdirilməsidir. 

Ötən əsrin 30-cu illərində Oğlanqala, Şahtaxtı, Şortəpə abidələrində, 1951–1964-cü illərdə isə I Kültəpə, Sədərək kəndindəki şəhər yerində, 1960–1969-cu illərdə II Kültəpə və digər abidələrdə arxe­oloji tədqiqatlar aparılmışdır. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi­onin hətriki dövründə digər sahələr kimi Azərbaycanda, eləcə də muxtar respubli­kada tarixi və memarlıq abidələrinin, xü­susilə arxeoloji araşdırmaların tədqiqinə daha diqqətlə yanaşılmışdır. 1981-ci ilin sentyabr ayında ulu öndərin təşəbbü­sü ilə “Azərbaycan SSR-də memarlıq və arxeoloji abidələrin qorunması, bərpası və istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Qərar qəbul edilmişdir. 

Bu sənədin arxeologiya və etnoqrafiya elmlərinin inkişafında mühüm əhəmiyyəti olmuş, muxtar respublikamızın Qazma, Xaraba Gilan, Sumbatan, Haqqıxlıq, Şah­taxtı, Ovçular təpəsi, Xələc, Ərəbyengicə, Qızılburun, Damlama, Sarıdərə, I Maxta və digər abidələrində arxeoloji tədqiqatlar aparılmışdır. Müstəqilliyimizin bərpasın­dan sonrakı dövrdə isə bu sahənin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. 2001–2002-ci illərdə ümummilli lider Heydər Əliyevin tövsiyəsi ilə Naxçıvan–Gəmiqaya ekspedisiyası təşkil edilmiş, yeni qaya­üstü təsvirlər və arxeoloji abidələr aşkar edilərək tədqiq olunmuşdur. 

Azərbaycan Rеspublikasının Prеzidеnti İlham Əliyеvin imzaladığı “Azərbaycan Milli Еlmlər Akadеmiyası­nın Arхеоlоgiya və Еtnоqrafiya İnstitutu tərəfindən aparılması nəzərdə tutulan arхеоlоji еkspеdisiyaların maliyyələşdi­rilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam isə bu sahə ilə məşğul olan tədqiqatçıların qarşısında yeni vəzifələr qoymuşdur. Sərəncamdan sonra sistemli arxeoloji tədqiqatlara başlanılmış, Şahtax­tı, Xaraba Gilan, Оvçular təpəsi, Оğlanqa­la, I Maxta Kültəpəsi, Ərəbyеngicə, Xələc, I Kültəpə, Meydantəpə, Qazma mağarası, Rəsul dərəsi və digər abidələrdə aparı­lan arxeoloji tədqiqatlar zamanı maddi və mənəvi mədəniyyətimizlə bağlı maraqlı arxeoloji materiallar, mühüm elmi nəticələr əldə olunmuşdur. 

Оvçular təpəsi, Оğlanqala, Duzdağ abidələrindəki arxeoloji qazıntılarda yerli mütəxəssislərlə yanaşı, ABŞ, Almaniya, Macarıstan, İsveç, İtaliya, Suriya, Türkiyə və Fransa arxеоlоqları da iştirak etmiş­lər. Son illərdə isə Azərbaycan–Amerika Birləşmiş Ştatları və Azərbaycan–Fransa arxeoloji ekspedisiyalarının muxtar res­publika ərazisində yerləşən Qız qalası ya­şayış yeri, Qız qalası nekropolu, Ovçular təpəsi, Duzdağ, I Kültəpədə apardığı tə­dqiqatlar xüsusi əhəmiyyəti ilə seçilir. 

AMEA Naxçıvan Bölməsi Tarix, Et­noqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Cənubi Qafqaz və Yaxın Şərq arxeologiyasında böyük maraq doğurmuş Qız qalası yaşayış yerinin və tarixi turizm baxımından önəmini belə açıqladı:

–Son illər bu qədim yaşayış yerinin ətrafında aparılan araşdırmalar zamanı Boyalı qablar mədəniyyətinin Naxçıvanla bağlı olmasına aid yeni faktlar aşkar olu­nub. Tədqiqatlar zamanı həndəsi orna­ment və heyvan rəsmləri ilə bəzədilmiş boyalı qabların aşkar olunması Naxçıva­nın Boyalı qablar mədəniyyətinin əsas mərkəzlərindən biri olduğunu, Cənubi Qafqazın, o cümlədən Azərbaycanın digər regionlarına boyalı qabların məhz Naxçı­vandan yayıldığını təsdiq edir. 

Son illərdə aparılan araşdırmalar nə­ticəsində məlum olub ki, I Kültəpə yaşa­yış yeri Cənubi Qafqazın ən qədim Ne­olit abidəsidir. Bununla yanaşı, aparılan araşdırmalarda Naxçıvanın erkən əkinçi­lik, Kür–Araz, boyalı qablar, şəhərsalma mədəniyyətlərinin əsas mərkəzlərindən biri olması öz təsdiqini tapır. Bütün bunlar isə muxtar respublikada arxeoloji turizmin inkişaf etdirilməsi üçün çox böyük potensi­alın olduğundan xəbər verir. Belə olan hal­da, niyə turizmin bu sahəsinin inkişafında maraqlı olmayaq. 

Nəzərə alaq ki, arxeoloji turizmin inki­şafı digər turizm növlərindən bir sıra xü­susiyyətləri ilə fərqlənir. Birinci onu nəzərə alaq ki, arxeoloji turizmə maraqlı olan tu­ristlər, əsasən, intellektual, ziyalı turistlər olur. Belə turistlərin əksəriyyəti gördükləri, tanış olduqları ərazilərlə bağlı öz ölkələrin­də müəyyən məlumatlar və yaxud materi­allar hazırlayıb yaymaqda maraqlı olurlar. Hətta bəzi ölkələrdə arxeologiyaya marağı olan müxtəlif peşə sahibləri öz məzuniy­yətlərini arxeoloji qazıntı sahələrində ke­çirməyə üstünlük verirlər. 

Bütün bunlar onu göstərir ki, əcnəbi turistlərin Naxçıvanda arxeoloji ərazilərlə, tarixi abidələrlə tanış olması həm də bu qədim diyarımızın təbliği baxımından əvə­zolunmaz vasitədir. Necə deyərlər, insan­lar tarixi faktları kitabdan oxumaqdansa, onu “yerində görməkdən” daha çox razı qalarlar.

 

Səbuhi Həsənov,
“Xalq qəzeti” 

Sosial həyat