Muxtar respublikada yeni təyinatlar

post-img

Aprelin 12-də Niyazi Novruzov Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri vəzifəsindən azad olunub. Samiq Sadıxov Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini təyin edilib və nazir vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti ona verilib.

Bu barədə sərəncamları Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov imzala­yıb. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev və Naxçıvan Muxtar Respub­likası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Samiq Sadıxovu kollektivə təqdim ediblər. Onlar Naxçıvanda səhiy­yə sahəsində fəaliyyəti geniş təhlil edib, buraxılan nöqsanları göstərib, işin müasir dövrün tələblərinə uyğun yenidən təşkili barədə tapşırıq və tövsiyələrini bildiriblər.

***

Bundan əvvəl isə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitə­sinin sədri Vaqif Rəsul vəzifəsindən azad edilib, onun yerinə Hüseyn Ba­ğırov təyin olunub. 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası Dövlət Statis­tika Komitəsinin sədri Tahir Budaqov və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov ko­mitənin yeni sədri Hüseyn Bağırovu kol­lektivə təqdim ediblər. Keçirilən görüşdə Naxçıvanda statistika işinin aparılması və təşkili, təsərrüfatların qeydiyyatı, statistik hesabatların hazırlanması zamanı ötən illərdə buraxılan nöqsanlar diqqətə çatdı­rılıb.

 

Səbuhi Həsənov,
“Xalq qəzeti” 



Sosial həyat