Texnologiyanın sürətlə inkişaf etdiyi dünyada süni intellekt sistemlərinin bir çox peşəni əvəz etməsi ehtimal edilir. Aparılan araşdırmalar süni intellektin gələcəkdə 300 milyon insanı işsiz qoyacağı proqnozlaşdırılır. Bəs bu sahələr hansılardır?
Proqram təminatı və kodlaşdırma. Dövrümüzün ən çox tələb olunan sahələri arasındadır. Lakin süni intellekt proqramlarının yaxın gələcəkdə bunu dəyişdirəcəyi gözlənilir. “ChatGPT” kimi qabaqcıl texnologiyaların daha sürətli kod yaradacağı və daha az insan gücündən istifadə olunacağı düşünülür.
Media. Məlumatları daha yaxşı anlayan və yeni məzmun yarada bilən süni intellekt bu peşənin insanlarını da işsiz qoya bilər.
Analitiklər. Məlumatların təhlili və nəticələrin proqnozlaşdırılmasında çox uğurlu olan süni intellektin analitiklərin gördüyü işlərin çoxunun öhdəsindən gələ biləcəyi ehtimal edilir.
Mühasiblər. İnformasiyaların toplanmasını və təhlil edilməsini yüksək səviyyədə bacaran süni intellektin daha da inkişaf etməsi mühasibatlığa da təsirsiz ötüşməyəcəyi düşünülür.
Müştəri xidməti. Çatbotların yaradılması yaxın günlərdə müştəri xidməti nümayəndələrinin həyatını çətinləşdirə bilər. Belə ki, 2027-ci ilə qədər şirkətlərin, təxminən, 25 faizi üçün əsas müştəri xidmətinin süni intellekt olacağı proqnozlaşdırılır.
Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”