Bu gün hava necə olacaq?

post-img

Aprelin 12-də 

Bakıda və Abşeron yarımadasın­da dəyişkən buludlu olacağı, arabir tutula­cağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Gecə 9-12°, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 751 mm civə sü­tununa enəcək, nisbi rütubət 65-75 faiz ola­caq. 

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlə­nilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şim­şək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 5-10°, gündüz 14- 19° isti olacaq. 

Xankəndi, Şuşa, Xocalı, Xo­cavənd, Ağdam, həmçinin Daşkəsən-Gə­dəbəy rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, qar yağa­cağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 0-5°, gündüz 5-10° isti olacaq. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbə­cər, Qubadlı, Laçın, Zəngilan rayonla­rında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 0-5°, gündüz 5-10° isti olacaq. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında gün ərzində bəzi yer­lərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 6-10°, gündüz 15-20° isti olacaq. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Mingəçe­vir, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlər­də arabir yağıntılı olacağı, dağlıq rayonlar­da qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlər­də şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Bəzi yer­lərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 4-9°, gündüz 14-19°, dağlarda gecə 2-6°, gündüz 6-9° isti olacaq. 

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ay­rı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək Gecə 7-12°, gündüz 17- 22° isti olacaq. 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək. Gecə 9-12°, gündüz 15-20°, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacaq. 

 

Ekologiya