Nəriman Həsənzadə, Xalq şairi: Bahar gözəllik və məhəbbət bayramıdır

post-img

Novruz bayramı xalqımızın ən ülvi, müqəddəs bayramlarından biridir. İlin yaz fəslinə təsadüf edən bu əziz bayramda təbiət gözlərimiz önündə oyanır, nazlı bir gözəl kimi cilvələnir. Hara baxırsan, gül-gülü, bülbül-bülbülü səsləyir. 

Baharda ağaclar gül-çiçək açır, güllə­rin ətri, rayihəsi ətrafa saçılır. Ən başlıca­sı, insanların üzləri gülür, qəlbləri sevinir. Bu bayram biz şairlərin də ən çox sevdi­yimiz bir bayramdır. Fikrimcə, bu gün elə bir şair, elə söz adamı tapılmaz ki, Novru­zun şərəfinə söz qoşmasın. 

Azərbaycanın hər bir guşəsində bu bayramı böyük həvəslə qeyd edirlər. Xalqımıza sevinc, bayram çox yaraşır. 2020-ci ilin payızında Azərbaycanın igid əsgər və zabitləri Ali Baş Komandan İlham Əliyevin liderliyilə doğma torpaq­larımızı yağı düşməndən azad ediblər. Artıq üçüncü Novruzdur ki, biz onu qalib xalq kimi qarşılayırıq. 

Arzum budur ki, xalqımız hər zaman xoşbəxt, insanlarımız ruzili, dövlətimiz güclü olsun! Eşq olsun Azərbaycana!

Sosial həyat