Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Goranboy rayonunda vətəndaşları qəbul edəcək

post-img

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev martın 16-da Goranboy rayonunda həmin rayonun sakinlərini qəbul edəcək.

"Xalq qəzeti"nə verilən məlumata görə, qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 6-13 mart tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər. 

Sosial həyat