Ən çətin anda da “ASELSAN”

post-img

2023-cü il fevralın 6-da Türkiyənin 10 şəhərinə və 13 milyon əhalisinə təsir edən Kahramanmaraş mərkəzli zəlzələ nəticəsində Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti “ASELSAN” da bir çox şirkət və qurumlar kimi ölkənin imdadına çatdı. Bununla belə, “ASELSAN”I zəlzələdən sonrakı xilasetmə fəaliyyətlərində fərqləndirən bir neçə xüsusiyyət vardır. Gəlin bunlara daha yaxından nəzər salaq:

1. İlk növbədə “ASEL­SAN”, öz təşəbbüsü ilə ya­ratdığı “ASİL” Assosiasiyası vasitəsilə zəlzələnin ilk sa­atlarından bölgəyə 5 milyon manatdan çox material gön­dərmiş və 2-ci mərhələdə də əlavə olaraq 10 milyon ma­natlıq yardım etmək qərarı­na gəlmişdir. 

2. “Türkiyə Bir Ürək” kampaniyasında Müdafiə Sənayesi Komitəsi tərəfin­dən açıqlanan təxminən 325 milyon manatlıq yardım pa­ketində lider kimi yer tutdu.

3. Təqdim etdiyi maddi və nağd pul yardımı ilə ya­naşı, “ASELSAN” tərəfindən hazırlanmış texnologiyalar zəlzələ zamanı və sonra fa­siləsiz olaraq fəaliyyətini da­vam etdirir.

a. Bölgədə qurulan ra­bitə sistemləri, o cümlədən Jandarma İnteqrasiya Ra­bitə və İnformasiya Sistemi (JEMUS) zəlzələnin ilk sa­atlarından etibarən fasiləsiz olaraq fəaliyyətini davam etdirir.

b. “ASELSAN”ın termal kameraları həyat əlaməti olan insan nəfəsini hiss et­mək üçün axtarış-xilasetmə işlərində qrupların xidmətin­də can qurtarır.

c. Həyat qurtaran yerli respiratorlar – xəstəxanala­ra dəstək verməyə, zəlzələ­dən zərər çəkmiş insanları yaşatmağa və nəfəs alma­ğına kömək göstərməyə da­vam edir.

4. “ASİL” dərnəyi nəzdin­dəki “ASELSAN” personalı tərəfindən könüllü olaraq yaradılan axtarış-xilasetmə qrupları, fəlakətin təsirlərinin ən çox hiss olunduğu Hatay­da dağıntılarda axtarış-xila­setmə işləri həyata keçirir. “ASELSAN” tərəfından qu­raşdırılan Fəlakət və Logis­tika Mərkəzi fəlakətdən sağ çıxan vətəndaşları qəbul et­mişdir. Yaşayış, qidalanma, sağlamlıq, təhsil və logisti­ka imkanları olan mərkəzin qurulması üçün isə heyət gecə-gündüz çalışmaqdadır.

Bundan əlavə, Azərbay­canda “ASELSAN”ın 100 faizlik sərmayəsi ilə yaradı­lan və bu il 25 illik yubileyini qeyd edən “ASELSAN” Bakı şirkəti də qardaş Türkiyədə baş vermiş zəlzələnin sə­bəb olduğu faciənin tez bir zamanda aradan qaldırılma­sına kömək olmaq məqsədi ilə Azərbaycandan “Qardaş Köməyi” Platformasına qo­şulmuş, 1 tırdan çox geyim, çadır, yataq ləvazimatları Türkiyəyə göndərmiş və ha­zırda da 4 nəfərdən ibarət işçi heyəti ilə Türkiyədə konteyner və çadır şəhər­ciklərinin quraşdırılmasına kömək etməkdədirlər. Xüsu­silə belə çətin zamanlarda “ASELSAN” kimi şirkətlərin faydası daha yaxşı başa düşülür. Fəlakətin fəsadla­rının tez bir zamanda ara­dan qaldırılması məqsədi ilə “ASELSAN” “dövlətimizin və millətimizin yanındayıq, biz birlik və həmrəyliklə bu­nun öhdəsindən gələcəyik” deyərək ilk gündən etibarən həm mühəndislik gücünü, həm də sistemlərini bölgə üçün də səfərbər etmişdir. Belə bir zamanda var gü­cüylə dəstək olmağa çalışan “ASELSAN” göndərdiyi yar­dımlarla bərabər, həm də öz milli texnologiyaları, radio stansiyaları, rabitə sistemlə­ri, səhiyyə sistemləri və əra­zidəki işçi heyətiylə Türkiyə xalqının yanında olmaqda davam edir.

Sosial həyat