Annalena Berbok: Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı razılıq xəbəri ümidvericidir

post-img

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı razılıq xəbəri ümidvericidir.

AZƏRTAC xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok X sosial şəbəkəsindəki paylaşımında bildirib.

Onun sözlərinə görə, onilliklər boyu davam edən düşmənçilik və müharibədən sonra davamlı sülhün indi əlçatan olması region və ondan kənar üçün mühüm əhəmiyyət daşıyır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Siyasət