“Böyük manipulyator”

post-img

Mark ENDEVELD
(əvvəli ötən saylarımızda)

Mayın ikisində hazırlanan videolar

Benalla məsələsinin başqa bir qaranlıq məqamı da var: İyul ayının 19-da Yelisey sarayı Parisin polis prefekturasına məxsus olan video görüntülərini sosial şəbəkələrdə yayır. Bu videoda mayın 1-də Parisin Contrescarpe meydanında baş verən hadisələr təsvir olunur. Təsvirdə, hər şeydən əvvəl, tamaşaçının diqqətini polislərin üstünə partlayıcı maddələr atan cütlük (Benalla onları dəyənəklə döyməmişdən bir neçə dəqiqə əvvəl) çəkir. Bu videonun sosial şəbəkələrdə yaymaqda Yelisey sarayının məqsədi Benallanın dəyənəklə döydüyü cütlüyü əhalinin gözündən salmaq, eləcə də hamıya sübut etməkdir ki, baxın, Benalla onları əbəs yerə vurmayıb, sadəcə olaraq asayişi qoruyan polis işçilərini müdafiə etmək üçün bu hərəkəti edib. Qısası, zərərçəkən cütlük günahsız deyil, etdikləri qanunsuz hərəkətin qurbanlarıdır. İyulun 19-da LREM (Respublika hərəkətdə partiyası) partiyasının əməkdaşı Pier Lö Teksie tərəfi ndən idarə olunan anonim FrenchPolitic X profi - lində bu başıbəlalı video yayımlanır. Bir neçə saatdan sonra Makronun dəstəyi ilə jurnalistlər də bu görüntülərdən xəbər tutur. Daha bir neçə saat sonra Paris polis prefekturası Yelisey sarayının kabinet direktoru Patrik Strzodaya zəng vurub onu bu məsələdən hali edir. Bu zəngdən sonra hər şey birdən-birə dayanır.

Polislər bu videonun yayılmasında İsmael Emelienin əli olduğundan şübhələnirlər. O da heç nəyi inkar etmir. Yelisey sarayının bu xüsusi müşaviri IGPN (Milli Polisin Baş Müfətt işliyi) polisinin əməkdaşlarına etiraf edir ki, bu videonu qeyri-qanuni şəkildə şəxsən özü yayıb. (!) “Mən bunu cənab Benallanın şəxsi müdafiəsi üçün etməmişəm, əksinə, Respublika prezidentini qorumaqdan ötəri etmişəm. Çünki onun da adı bu məsələdə hallanır...”, – deyə özünə haqq qazandırır. Ancaq bununla belə müstəntiqlərin topladığı versiyalar ziddiyyətlidir. Paris prefekturasının bəzi əməkdaşları bu videonun surətini çıxarıb CD-ROM diskinə köçürməkdə günahlandırılır. İyulun 18-dən 19-a keçən gecə Yelisey sarayı ilə Paris polis prefekturasının arasındakı əlaqə zabiti Jan-İv Huno, bu CD-ROM diskini Aleksandr Benallaya gətirir. Həmin vaxt Benalla Yelisey sarayından bir neçə küçə aralıda yerləşən Damas kafesində həmkarı Vənsan Qras ilə sulu qəlyan çəkir. Missiya meneceri (Benalla) istintaq zamanı müstəntiqlərə deyir ki, o, diskə baxmayıb, evinə qayıdıb yatıb, yalnız sabahı gün səhər saat 08:30-da onu aparıb Yelisey sarayında İsmael Emelienə verib. Ancaq ola bilər ki, hadisələr tamam başqa bir şəkildə cərəyan edib. Çünki bizim əlimizdə olan məlumata görə bu video görüntülər iyulun 19-da, səhər saat 8:30-da Yelisey sarayına gətirilməyib, xeyli əvvəl mayın 2-də Parisin Contrescarpe meydanında baş verən hadisənin səhəri günü gətirilib. Yaxşı, əgər bu versiya düzgündürsə, onda bütün bu müddət ərzində nə baş verib ki, video xeyli müddət sonra sosial şəbəkələrdə yayılıb? CD-ROM Yelisey sarayında kimə verilib? Məhkəmə materiallarından aydın olur ki, bu məşhur video Paris prefekturasının kompüter servisində may ayının 2-də CD-ROM diskinə köçürülüb. IGPN (Milli Polisin Baş Müfətt işliyi) polislərinin qarşısında, Emelien etiraf edir ki, doğrudan da, onun bu videodan çoxdan xəbəri varmış – daha doğrusu, mayın 2-dən. Emelienin dediyinə görə, tanışları ona zəng vurub xəbər veriblər ki, sosial şəbəkələrdə yayılan bir videoda cənab Benallanı görmüşük. Elə həmin gün, cənab Benalla onun ofi sinə gəlib, ona başqa bir video göstərib və deyib ki, bu video internetdən lentə alınıb. Bu videoda Benallanın dəyənəklə döydüyü, nümayiş zamanı asayişin xidmətində olanlara qarşı zorakılıq göstərənbir şəxs görünür. Benalla deyir ki, mən bu adamı ona görə vurdum ki, o polislərin üstünə partlayıcı maddə ilə dolu şüşələr atırdı. Bu yalandır. Ancaq buna baxmayaraq, bu görüntülər də montaj vasitəsilə döyülən cütlüyün polislərə qarşı müqavimət göstərdiyi videoya əlavə olunacaq və iyulun 19-da LREM (Respublika hərəkətdə partiyası) partiyasının əməkdaşı Pier Lö Teksie tərəfindən idarə olunan anonim @FrenchPolitic X profilində sosial şəbəkələrə yayılacaq. Bir müddət sonra televiziyaya verdiyi müsahibəsində İsmael Emelien etdiklərinə haqq qazandıracaq.

Yelisey sarayının “təslim olanları”

Mayın 1-də baş verən hadisələrlə bağlı Le Monde qəzetində dərc olunan məqalədən sonra Makron tamamilə şoka düşür. Yelisey sarayına bir neçə gün lazım olacaq ki, makronistlərə mətbuatda nə demək lazım olduğu tövsiyə edilsin. Ən başlıcası isə jurnalistlərə izah etsinlər ki, bu hadisə “Dövlət qalmaqalı deyil”, “Yay qalmaqalıdır”. Ancaq hər şey bunun əksini göstərir. Əvvəlcə, heç Brijit Makron bu qalmaqalın miqyasını hiss etmir. Le Monde qəzetində dərc olunan məqalədən bir gün sonra birinci xanım komandası ilə nahar edir və stol arxasında gənc missiya menecerini (Benalla) müdafi ə etməkdə davam edir. Həmçinin dostlarından birinə izah edir ki, Benalla həmişə “mümkün olmayan bir işi, mümkün olan bir işə çevirməyə qadir olan bir oğlandır”.

Yay ərzində Emmanuel Makron bu məsələ haqqında hər hansı bir rəsmi bəyanat verməkdən imtina edir. Zirehli prezident maşınının tünd şüşələrinin arxasında gizlənib jurnalistlərdən qaçır. Payızda gənc prezident yorğun-arğın, tamamilə əldən düşmüş kimi görünür. Hətt a onun ətrafındakı həmkarları da onun bu görkəmindən heyrətə gəlirlər. Makron, demək olar ki, gecələr qəti yatmır; o qədər arıqlayır ki, paltarlarının içində üzür. Yorğunluqdan sifətində ləkələr əmələ gəlir. Bu ləkələri gizlətmək üçün prezident hər səhər üz-gözünü makiyaj edir. Ən başlıcası isə Makron hamıdan qaçır, heç kəslə dialoqa girmir. Daxili İşlər naziri Jerard Kollomb bu vəzifədən getməyindən bir neçə gün əvvəl La Dépêche du Midi qəzetinin jurnalistləri ilə müsahibəsində etiraf edir ki: “Bizim aramızda onunla danışmağa şansı olan adamlar çox azdır.

[…] Əgər hamı onun qarşısında diz çökməkdə davam eləsə, o hamıdan təcrid olunacaq... çünki təcrid olunmaq Yelisey sarayanın qanındadır”.

Bu azmış kimi, həmin dövrdə prezidentin komandasında da gərginlik artır. Prezident aparatının mətbuatla əlaqə şöbəsinin müdiri, keçmiş jurnalist Brüno Rojer-Peti işdən çıxarılandan sonra president aparatının beynəlxalq mətbuat üzrə məsləhətçisi Barbara Früjiye “yay skandalının” zibilinə düşür. Hələ iyul ayında Aleksi Kohler ona eyham vurmuşdu ki, “sən gələcəkdə nələr olacağını indidən düşünməlisən...”, ancaq dəqiq heç nə deməmişdi. Kohler əməkdaşları ilə söhbətlərdə həmişə çəkinmədən deyir ki: “Barbara Früjiye “yelbeyindir””. Prezident aparatındakı atmosferə bax! Bilmirsən, güləsən, yoxsa ağlayasan...

Avqustun ortalarında məzuniyyətdən qayıdanda, beynəlxalq mətbuat üzrə məsləhətçi xəbər tutur ki, o, bir aydan sonra prezidentin BMT-yə rəsmi səfər heyətinin tərkibində deyil. Təəccüblüsü də burasıdır ki,heç kim onu xəbərdar etməyib. Nəhayət, Sibet Ndiay ona bu xəbəri çatdırır və əlavə edir ki, o, prezident aparatından getməlidir. Barbara başa düşür ki, onun Yelisey sarayının klanında qalmasını artıq istəmirlər. Hər işini canla-başla görən, bütün vaxtını, enerjisini hətt a şəxsi həyatını işinə qurban verən bu qadın eşitdiklərindən şoka düşür. Ona görə də prezidentin qəbuluna yazılıb onunla görüşməyi xahiş edir. Dövlət başçısı ilə söhbətdə beynəlxalq mətbuat üzrə əvəzolunmaz məsləhətçi kövrəlir, sonra özünü saxlaya bilməyib hönkürtü ilə ağlayır. Ürəyi yumşalan Makron qərar verir ki, Barbara Früjiye öz vəzifəsində qalsın və onu da əlavə edir ki, daha Rəsmi Dövlət Jurnalına yeni adamlar qəbul olunmasın.

(ardı var)

Siyasət