Qvadelupanın Azadlığı naminə Xalq Birliyi Bakıdan Fransanı qınadı

post-img

Qvadelupanın Azadlığı naminə Xalq Birliyi Bakıdan Fransanı qınayan bəyanat yayıb.

Sənəddə Qvadelupanın Azadlığı naminə Xalq Birliyi (UPLG) oktyabrın 23-də BMT-nin Cenevrədəki qərargahında keçirilən missiyadan qayıdarkən Baş katib Jan-Jakob Bisepin Parisin Şarl de Qol hava limanında həbs edilməsi və sərhəddə saxlanılması ilə bağlı narazılıq ifadə olunub. Xatırladaq ki, sözügedən tədbirdə Fransa nəzarətində olan ərazilərdə insan hüquqlarının pozulma halları müzakirə edilib.

Bundan əvvəl Baş katib ABŞ-da BMT qərargahına səfər etməyi planlaşdırarkən Martinikadan keçdikdən sonra ABŞ ərazisinə girişinə qadağa qoyulduğuna görə səyahətini davam etdirə bilməmişdi.

UPLG insan hüquqlarına zidd olan bu təcrübələri pisləyir, özünün öz müqəddəratını təyinetmə və milli müstəqillik hüququnun tanınmasını tələb edir.

XQ

Siyasət