Sentyabrın 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir.
Gündəliyə Mərkəzi Seçki Komissiyasının sentyabrın 4-də və 5-də keçirilən iclaslarının protokollarının təsdiq edilməsi və Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılması məsələləri daxildir.