AXC heyətinin milli geyimi ABŞ-ın Vilson muzeyində

post-img

ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən Vudro Vilson Ev Muzeyində dünya ölkələrinin milli geyimlərinə həsr olunmuş üçüncü ənənəvi sərgi təşkil edilib.

Azərbaycan sərgidə ABŞ-dakı səfirliyimizin dəstəyi ilə Paris Sülh Konfransında iştirak etmiş və həmin dövrdə ABŞ prezidenti olmuş Vudro Vilson ilə görüşümüz Azərbaycan Xalq Cümhuriyyəti heyətinin milli kişi geyimi ilə təmsil olunur.

60-dan çox ölkənin milli geyimləri nümayiş olunan sərgidə təqdim edilən geyimlərin fotolarından ibarət xüsusi jurnal da hazırlanıb. Jurnalın Azərbaycan bölməsində nümayiş olunan geyimdə istifadə edilmiş parçalar və materiallar, eləcə də ABŞ–Azərbaycan münasibətlərinin ilkin mərhələlərindən biri kimi Paris Sülh Konfransı çərçivəsində Azərbaycan nümayəndə heyətinin Vudro Vilson ilə görüşü barədə məlumat verilib.

XQ



Mədəniyyət