3 sentyabr- böyük nailiyyətlərə aparan yolun başlanğıcı

post-img

Bu gün Azərbaycan güclü və çiçəklənən dövlət olaraq regionun lideridir. Bütün bu nailiyyətlətə də Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət sayəsində nail olundu. Ömrünü Azərbaycan xalqının mənafeyi uğrunda mübarizəyə həsr edən, müstəqil dövlətin dayaqlarını gücləndirən böyük ictimasi-siyasi xadim zəngin təcrübəsinə əsaslanaraq, bugünümüzün modelini formalaşdırdı, xalqımızın firavan yaşamasına aparan yolun əsaslarını qoydu. 

Bu yol özünün başlanğıcını 3 sentyabr 1991-ci il tarixdən götürür. Məhz həmin gün Ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçildi və müvafiq qanunvericilik əsasında Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini oldu. Bu fikirləri YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

O qeyd edib ki, ciddi siyasi və iqtisadi problemlər məngənəsində çapalayan Azərbaycanın güclü və qüdrətli ölkəyə çevrilməsinə səbəb olan genişmiqyaslı islahalatlara başladı.

Əlbəttə, Azərbaycanın müstəqillik yolunun əsası məhz həmin dövrdə qoyuldu. Ulu öndər yeni təyinatı Vətənin suverenliyini və müstəqilliyini daha da fəal müdafiə etmək imkanı kimi qiymətləndirdi. Xalqın rifahının yüksəldilməsi, bütün istiqamətlərdə tərəqqinin təmin edilməsi, Naxçıvanın iqtisadi dirçəlişi - Heydər Əliyev Türkiyə və İranla qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq əsasında ilk rəsmi əlaqələrin qurulmasına nail oldu. Respublikada sosial-iqtisadi vəziyyət yaxşılaşdırdı. Beləliklə, Ulu öndər bütün ölkəni dağılmaqdan və işğaldan xilas etdi.

Məhz Heydər Əliyevin gəlişi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edildi, 20 Yanvar 1990-cı il faciəsinə dəqiq siyasi qiymət verildi və Naxçıvanın böyük Vətəndən — Azərbaycandan təcrid olunmuş hərbi-iqtisadi blokadası şəraitində doğma torpağının düşməndən qorunmasına başlanıldı.

Beləliklə, Ümummilli lider Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvanda hakimiyyətdə olduğu dövrdə muxtar respublikanı geniş inkişaf yoluna çıxara bildi. Ulu öndər ölkədə siyasi sabitliyin banisi oldu. O, təkcə Azərbaycanı deyil, bütün Cənubi Qafqazı xilas etdi, regionun inkişafının əsasını qoydu. Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 

Rəşad Mahmudov sonda qeyd edib ki, təqvimin 3 sentyabr günü- dahi azərbaycanlı Heydər Əliyevin Naxçıvandan başlanan siyasi geridönüşü xalqımızın, dövlətimizin xilasının funtamental əsaslarını yaratdı. Ona görə də hər birimiz yeniləşən, bütövləşən qüdrətli Azərbaycana görə Heydər Əliyevə borcluyuq.



Siyasət