Şərq–Qərb dəhlizində Azərbaycanın rolu artır

post-img

Azərbaycan ilə Çin və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın ge­nişləndirilməsində nəqliyyat kommunikasiyalarının, logistik dəhlizlərin inki­şafı xüsusi əhəmiyyət kəsb edir. Onlar Türkiyə və Avropa bazarlarına çıxış yollarını diversifikasiya etməyə, yükdaşımalara çəkilən xərclərə və vaxta qə­naət etməyə imkan verir. 

Söhbət, ilk növbədə, Çindən Qazaxıs­tana, Xəzər dənizi, Azərbaycan və Gürcüs­tan vasitəsilə Avropaya uzanan Şərq–Qərb və ya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan gedir. Bu marşrutda yüklə­rin əsas hissəsi dəmir yolu nəqliyyatı ilə həyata keçirilir. Yüklər Avropaya iki is­tiqamət üzrə nəql edilir: Gürcüstanın Poti və Batumi limanları vasitəsi və Bakı–Tbi­lisi–Qars dəmir yolu ilə. 

Qeyd edək ki, Bakı–Tbilisi–Qars də­mir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Uzunluğu 850 kilo­metr olan yolun 504 kilometri Azərbaycan ərazisindən keçir. Bu gün yolun yenidən qurulması və modernləşdirilməsi həyata keçirilir. 

Dəhlizdə yüklər dəmir yolu ilə yanaşı, avtomobil yolları ilə də daşınır. Azərbay­can və Gürcüstan ərazisindən keçən avto­mobil yolları bu zəncirin aparıcı həlqəsinə çevrilib. Son illər dəhlizin yük ötürmə qabiliyyətini artırmaq üçün mühüm nəq­liyyat layihələri həyata keçirilir. Məsələn, Bakı–Qazax–Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu yenidən qurulub. Bakıdan Gəncəyədək yol genişləndirilib. Sonra magistral avtomobil yolunun Gən­cə–Qazax–Gürcüstan ilə dövlət sərhədi (130,15 kilometr) hissəsi 4 zolağa qədər genişləndirilib.

Hazırda Bakı–Qazax–Gürcüstan dövlət sərhədi magistral avtomobil yolu Şərqdən Qərbə və əks istiqamətdə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayır. Həm də yolun 4 hərəkət zola­ğına qədər genişləndirilməsi vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişini təmin edir. 

Gürcüstanla sərhəddən isə Şərq–Qərb dəhlizinin bu ölkədən keçən hissəsi başla­yır. Dəhliz Azərbaycanın “Qırmızı körpü” sərhəd-keçid məntəqəsindən başlayıb Tür­kiyə ilə sərhəddəki “Sarpi” sərhəd-keçid məntəqəsində başa çatır. 

Hazırda Şərq–Qərb Beynəlxalq Nəq­liyyat Dəhlizinin Gürcüstanın Xaşuri ra­yonundan keçən hissəsi və Xaşuri dairəvi yolu yenidən tikilərək istifadəyə verilib. Yeni yol ötürücülük qabiliyyətini artır­maqla yanaşı, hərəkətin sürətliyini də tə­min edir. Müasir yol təhlükəsizliyi stan­dartları, o cümlədən işıqlandırma sistemi nəzərə alınmaqla dəhlizin Rikoti tunelinə paralel olaraq 1800 metr uzunluğunda yeni tunelin tikintisi də başa çatdırılıb. Mar-şrutla (E60) hərəkət edən avtomobillər ar­tıq Zestafoniyə daxil olmur, dolama yoldan istifadə edirlər. Magistral yol boyu vaxta qənaət edilir.

Şərq–Qərb dəhlizi çərçivəsində Gür­cüstan ərazisindən Azərbaycan və Ermənis­tan sərhədlərinə qədər avtomobil yollarının tikintisi də nəzərdə tutulur. Bu məqsədlə Gürcüstanın Regional İnkişaf və İnfrastruk­tur Nazirliyinin Avtomobil Yolları Departa­menti tender elan edib. Söhbət Gürcüstanı Azərbaycan və Ermənistan sərhədləri ilə birləşdirən Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin tərkib hissəsi olan Rustavi–Qırmızı körpü və Al­geti–Sadaxlo yollarının inşasından gedir. Tikinti işlərinə 2025-ci ildə başlanacaq və 30 ay sonra mərhələlərlə başa çatdırılacaq.

Layihə Avropa İnvestisiya Bankı (AİB) və Gürcüstan hökumətinin birgə maliy­yələşdirməsi ilə həyata keçiriləcək və AİB bunun üçün 250 milyon avro kredit ayırıb. Şərq–Qərb magistralında yolun bütün his­sələrinin tikintisi başa çatdıqdan sonra Qır­mızı körpüdən (Azərbaycanla sərhəd) Sar­piyə (Türkiyə ilə sərhəd) indi olduğu kimi 8 saata deyil, 4-4,5 saata getmək mümkün olacaq.

Beləliklə, həm Azərbaycanda, həm də Gürcüstanda yol infrastruktur layihələri­nin uğurla həyata keçirilməsi Şərq–Qərb dəhlizinin potensialının artırılmasına, gələcəkdə ondan istifadənin genişləndiril­məsinə töhfə verir. Bu da regiondakı bö­yük nəqliyyat-kommunikasiya layihələ­rinin aparıcı qüvvəsi olan hər 2 ölkənin strateji mövqeyinin daha da möhkəmlən­məsinə və tranzit yükdaşımalardan əldə etdiyi gəlirlərin artmasına şərait yaradır. Azərbaycan və Gürcüstanın ixrac potensi­alının tam həcmdə realizə olunması üçün real imkanlar açır. Dəhliz Avropa, Mərkə­zi Asiya, eləcə də Rusiya ilə Yaxın Şərq ölkələri arasında yük daşımalarında hər 2 ölkənin – Azərbaycan və Gürcüstanın beynəlxalq nəqliyyat dəhlizindəki rolunu artırmaqla yanaşı, iqtisadi inkişafını da stimullaşdırır.

Pünhan ƏFƏNDİYEV
XQ

Siyasət