Pentaqon qapını kəsdirib, o isə...

post-img

İranın Ermənistanla sərhədində vəziyyət nəzərdə tutulur

ABŞ-nin bölgəyə hərbi mü­daxiləsinin sübutları göz çıxa­rır. İİR Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasir Kənani isə “feyk-xəbərlər”dən dəm vurur. Yerli media mənsubları ilə görü­şündə ABŞ-nin Ermənistana radar və zenit avadanlığı verməsi faktını şərh etməkdən yayınan İranın dip­lomatiya idarəsinin rəsmi sözçü­sü bunun əvəzində Ermənistan və İran arasında dostluq, konstruktiv və yaxın münasibətlərin olduğunu vurğulamağa tələsib. “Armenp­ress” xəbər verir ki, İran XİN-nin nümayəndəsi öz çıxışında Ermənis­tan və İranın regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilmə­si üçün birgə səylər və əməkdaşlığın inkişaf etdirilməsi üçün ortaq istək­lərini, habelə iqtisadi-ticarət inkişaf və tərəqqi naminə ümumi sərhədlə­ri qorumağın vacibliyindən danışıb.

ABŞ-nin Cənubi Qafqaza hərbi-siya­si müdaxiləsinə isə Kənani özünəməxsus tərzdə münasibət ildirib: “Biz ölkələr ara­sında ikitərəfli məsələlərə və ya üçüncü ölkələrlə münasibətlərə münasibət bil­dirmirik və ya onlara müdaxilə etmirik. Amma, ümumilikdə, ABŞ-nin bölgədəki roluna neqativ yanaşırıq. Bölgədəki hər­bi gərginlik atmosferi ABŞ hökumətinin müxtəlif ölkələrdəki sabitliyi pozmağa yönəlik fəaliyyətlərindən qaynaqlanır”.

Bu əsnada, o, Pentaqonun İrəvana si­lah-sursat və şəxsi heyətlə dolu iki hərbi təyyarəsinin enməsi faktını təkzib edərək deyib: “ABŞ ordusunun Zəngəzura gir­məsi” barədə xəbər Azərbaycan tərəfinin növbəti dezinformasiyasıdır. Amerika hərbçilərinin sərhəddə yerləşməsi və s. ilə bağlı “bir neçə ağılsız” məqalə yenidən ifşa olunub. Azərbaycanın “provakasiya­sı” iflasa uğradı”. 

Beləliklə, deyilən olayla bağlı Azər­baycan mediasının ortaya qoyduğu fo­to-video faktlara Vaşinqtonun hələ də reaksiya bildirməməsi, yalnız İrəvandakı səfirinin dili ilə dolayısı bir cavab vermə­si fonunda İran diplomatiyası nəinki sus­maqda davam edir, hətta gözəgirən sübut­ları görməzdən gəlir. Bizim üçün bunun səbəbi nə qədər maraqlıdırsa, rəsmi Teh­ranın sərgilədiyi buqələmun mövqeyi o dərəcədə müəmmalı və sual doğurucudur. Əslində, əsl “provakasiya” bu susqunluq və bu mövqesizlikdir. 

“Çünki feyk xəbər yaymaq bir şeydir, ona refleksin yaranmaması ayrı şeydir. Bu səhvlərin üzərindən maraqlı güc mərkəz­ləri informasiyanı hərtərəfli analiz edir və üzərində işləyirlər. Onda mötəbərlilik ax­tarırlar. Bu, ilk belə hal deyil”.

Daha hansı hallar baş verməlidir ki, Tehran İrəvanın ona qarşı planlaşdırılan böyük oyunun “piyadası” olduğunu qəbul eləsin? ABŞ ordusunun timsalında NATO kandarına qədər gəlib çıxıb, amma İran XİN hələ kimlərinsə araşdırmalarının nə­ticələrini gözləməkdədir. Deyəsən, bir qə­dər çox oldu...

İ.HƏSƏNQALA
XQ

Siyasət