MSK-nın sədri: Parlament seçkiləri ilə əlaqədar 46 min 807 yerli müşahidəçi akkreditasiyadan keçib

post-img

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün indiyədək ümumilikdə 46 min 807 yerli müşahidəçi akkreditasiyadan keçib.

Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 10-da keçirilən iclasında söyləyib.

O bildirib ki, bu müşahidəçilərdən 5715 nəfəri Mərkəzi Seçki Komissiyasında, 41 min 92-i isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.

M.Pənahov deyib ki, növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 29 beynəlxalq qurumdan və 46 ölkədən 267 nəfər akkreditə olunub.

Siyasət