Kamala Harris üç əsas ştatda Trampı 4 faiz qabaqlayır

post-img

Bu, New York Times/Siena Kollecinin keçirdiyi sorğunun nəticələrinə görə belədir. Hər üç ştat – Pensilvaniya, Miçiqan, Viskonsin “dalğanan" ştatlarıdır və çox vaxt onların səsləri ABŞ prezident seçkilərində kimin qalib olacağını müəyyənləşdirir.

Harris komandası vitse-prezident postuna Tim Valzın namizədliyini elan etməklə bu ştatları öz tərəfinə çəkməyə ümid edir. Demokratlar üçün dinamika artıq müsbətdir və adətən əlavə məqamlar gətirən partiyanın qurultayı yalnız həftə yarımdan sonra baş tutacaq.

S.ELAY

XQ

Dünya