Azərbaycan dövlətinin siyasəti ətraf mühitin qorunması ilə bağlı gündəliyi diqqətdə saxlayır

post-img

“Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərindən yayımlanan reportajda Prezident İlham Əliyevin müsahibəsi dövlətimizin ənənəvi və bərpaolunan enerji sahələrində siyasətinin mahiyyətini açır, müvafiq sahədə əməkdaşlıq əlaqələrini göstərir. Amma fikrimcə, Prezident müsahibəsində münaqişələrin, müharibələrin və qarşıdurmaların artdığı dünyanın gələcəyinə işıq tutan çox vacib bir məsələni də söylədi.

Bunu AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı professor Musa Qasımlı deyib. Professor Musa Qasımlı Prezidentin müsahibəsindən bu fikirləri sitat gətirib: “Ev sahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”.

Deputat qeyd edib ki, bu fikirlər dövlətin böyüklüyünün təkcə ərazi və əhali ilə deyil, həm də rəhbərinin zəkası ilə ölçüldüyünü göstərir: “Prezidentin müsahibəsindəki ideyalar və ümumiyyətlə, yürütdüyü siyasət bunu çox gözəl göstərir. Öyrənmək isə heç zaman gec deyil. Azərbaycan Prezidentinin bu fikirləri biri-biri ilə didişən dövlətlər və şirkətlər üçün dərs olmalıdır, öyrənilməlidir”.

Siyasət