"Bank of China"nın törəmə şirkəti Rusiya ilə hesablaşmaları dayandırıb

post-img

Rusiya ilə Çin arasında yuanla ödənişlərlə məşğul olan Çin Bankının Rusiyadakı törəməsi olan "Bank of China" ABŞ-ın SDN Siyahısına daxil olan Rusiya bankları ilə əməliyyatlarını dayandırıb. Bank digər tərəfdaşlarla işləməyə davam edəcək. Bu barədə “Kommersant”a maliyyə bazarındakı bir neçə mənbə bildirib.

Ekspertlərin fikrincə, "Bank of China" Rusiya və Çin arasında ödəniş trafikinin əhəmiyyətli bir hissəsini təşkil edib, baxmayaraq ki, bank indi daha çox bank olmayan vasitəçilərə işləməyə meyl göstərir. “Kommersant”ın həmsöhbətləri hesab edirlər ki, qərar ikinci dərəcəli sanksiyalar qorxusu ilə bağlıdır.

Aprelin sonunda “The Wall Street Journal” öz mənbələrinə istinadən yazmışdı ki, ABŞ bəzi Çin banklarına qarşı sanksiyalar üzərində işləyir. Son altı ayda ÇXR-dən olan strukturlar və vətəndaşlar müntəzəm olaraq Rusiyaya qarşı Amerika sanksiyaları, o cümlədən iyunun 12-də elan edilmiş növbəti məhdudiyyətlər paketi altında qalıblar.

S.ELAY

XQ

Dünya