Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri regional məsələləri müzakirə ediblər

post-img

İyunun 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, söhbət zamanı nazirlər iki ölkə arasında ikitərəfli müttəfiqlik münasibətlərinin müxtəlif aspektləri üzrə görülən işləri və regional məsələləri müzakirə ediblər.

Siyasət