Niderland Nümayəndələr Palatasının qərəzi pislənib

post-img

Milli Məclis Niderland Parla­menti Nümayəndələr Palatasının ölkəmizi hədəf alan ədalətsiz və birtərəfli qətnaməsinə qəti etira­zını bildirib və bu hərəkəti irqçi, azərbaycanofob, türkofob və isla­mofob siyasi aksiya kimi qiymət­ləndirərək şiddətlə qınayıb. Par­lamentin yaydığı bəyanatda, eyni zamanda, bildirilib ki, qətnamədə ölkəmizə qarşı irəli sürülmüş itti­hamlar həm reallıqların təhrifinə, həm də yalan və saxta məlumatla­ra əsaslanır. 

Sənəddə o da vurğulanıb ki, Niderland Parlamenti 44 günlük müharibədəki zəfərindən sonra Azərbaycana qərəzli münasibətini dəfələrlə göstərib. Hazırda Ermənis­tanla sülh danışıqlarının aparıldığı və bu istiqamətdə müəyyən ümidve­rici nəticələrin əldə edildiyi bir şəra­itdə qurumun tutduğu mövqe siyasi bəsirətsizliyin və məsuliyyətsizliyin bariz nümunəsidir. Bu mövqe yalnız Cənubi Qafqaz regionunun deyil, bütövlükdə Avropanın sülh, sabitlik və dayanıqlı inkişafla bağlı maraqla­rına ziddir. 

Milli Məclisiin bəyanatında, həmçinin, Niderland Parlamenti­nin Nümayəndələr Palatası, eləcə də bu ölkənin rəhbər şəxsləri Azər­baycanın daxili işlərinə qanunsuz müdaxilələrdən, artıq tarixə qovuş­muş münaqişəni yenidən alovlan­dırmaq niyyətindən uzaq durmağa, uzunmüddətli sülh yaradılmasına yönələn addımlar atmağa çağırılıb. 

Əliqismət BƏDƏLOV
XQ

Siyasət