Fransanın Azərbaycan təxribatları cavabsız qalmayacaq

post-img

Fransa tərəfi bu kimi məsuliyyətsiz və qəbuledilməz açıq­lamalara görə nəinki üzrxahlıq diləməyib, hətta Le Point və digər bu kimi yerli Fransa mətbuatında Azərbaycana qarşı qarayaxma kampaniyasını daha da genişləndirib. 

Bunu Xarici İşlər Nazirliyi­nin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Fran­sa tərəfinin Azərbaycanı “dik­tatura” adlandırması məsələsi ilə bağlı yerli medianın sualına cavabında deyib. 

Onun sözlərinə görə, bu ölkənin “demokratiya” pərdə­sinə bürünərək Azərbaycana qarşı həyata keçirdiyi kampa­niya Fransanın xarici siyasəti­nin uğursuzluğunun ört-basdır edilməsi cəhdidir. 

“Bununla yana­şı, dünyaya “demo-kratiya dərsi” keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neokolonial si­yasəti, irqçilik, diskriminasiya, islamofobiya, insan hüquqla­rının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. Buna görə də, Azərbaycanı “diktatura” adlandırmazdan əvvəl, Fransanın bu fəaliyyə­tindən dərs çıxarması faydalı olardı. Fransa tərəfi əmin ol­malıdır ki, ölkəmizə qarşı hə­yata keçirdiyi kampaniya, səs­ləndirilən nalayiq ifadələr və təxribatlar cavabsız qalmaya­caq”, - deyə Ayxan Hacızadə vurğulayıb.

Siyasət