Media təmsilçilərimiz Daşkənddə

post-img

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Dövlətləri Təşkilatı ölkələrinin nazirlikləri və dövlət qurumlarının mətbuat xidmətləri üçün “İnformasiya xidmətləri–2024: yerli və xarici təcrübə” adlı seminar keçirilir. 

Tədbirdə Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Sətta­rov, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əh­məd İsmayılov, Azərbaycan Dövlət İn­formasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev, həmçinin bir sıra dövlət qurumlarının mətbuat xid­mətlərinin rəhbərləri iştirak edirlər. 

Özbəkistanın İnformasiya və Kütlə­vi Kommunikasiya Agentliyi tərəfindən təşkil olunan tədbirdə türk dövlətlərinin müvafiq qurumları arasında səmərəli kommunikasiyanın qurulması, qarşılıq­lı informasiya mübadiləsi və dialoqun aparılmasından danışılıb. Qeyd olunub ki, TDT üzv ölkələrlə yalnız iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində deyil, həmçinin informasiya sahəsində əməkdaşlığın genişləndirilmə­sinə diqqət yetirir. Buraya, eyni zamanda, feyk xəbərlərlə və dezinformasiya ilə bir­gə mübarizə, qurumlar arasında operativ dialoq daxildir. Bu məqsədlə üzv ölkələrin media və dövlət qurumlarının nümayən­dələri mütəmadi olaraq Azərbaycan, Tür­kiyə və Qazaxıstanda keçirilən treninqlər­də iştirak edirlər.

Son xəbərlər