Əməkdaşlıq üzrə ekspertlərin görüşü

post-img

Mayın 27-də Azərbaycan Ordusu­nun Təlim və Tədris Mərkəzində Azərbaycan və Serbiya Müdafiə nazirliklərinin hərbi-mülki əmək­daşlıq (CIMIC) üzrə ekspertlərinin görüşü keçirilib.

Qonaqlara Azərbaycan Ordusunda hərbi-mülki əməkdaşlıq istiqamətində həyata keçirilən tədbirlər, həmçinin bu sahədə qazanılan beynəlxalq təcrübə barədə ətraflı məlumat verilib.

Serbiyalı nümayəndələr öz növbələ­rində CIMIC proqramının əhəmiyyətini qeyd edib və bu istiqamətdə görülən iş­lərdən danışıblar.

Görüşdə təqdim olunan brifinqlər ət­rafında müzakirələr aparılıb və qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Son xəbərlər