Dünya Bankının sabiq vitse-prezidenti: COP29 konfransı iqlim dəyişikliyi ilə bağlı müzakirələr aparmağa imkan yaradacaq

post-img

Mən bir neçə dəfə Bakıya səfər etmişəm və burada olmaqdan çox məmnunam. Bakı Qlobal Forumu mənim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu, ölkə liderlərini bir araya gətirən, onlarla qlobal problemləri müzakirə etmək üçün yaradılmış çox mühüm platformadır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Dünya Bankının Şərqi və Cənubi Afrika regionu üzrə sabiq vitse-prezidenti, XI Qlobal Bakı Forumunun iştirakçısı Hafez Qanem deyib.

H. Qanem builki konfransda müzakirə edilən iki mühüm mövzunun olduğunu bildirib. Həmin mövzulardan biri müharibələr, digəri isə iqlim dəyişiklikləri ilə bağlıdır. Çünki qlobal iqlim dəyişikliyi problemi bütün dünyaya təsir edir. Hazırda görünən mənzərə odur ki, biz iqlim dəyişiklikləri ilə mübarizədə uduzuruq. Hesab edirəm ki, bu problemlə mübarizə aparmaq üçün böyük investisiyalar yatırmaq lazımdır. Temperaturu 1,5 dərəcə hədəfə çatdırmaq və Paris sazişini icra etmək üçün bu sahəyə maliyyə ayrılmalıdır”, - deyə H. Qanem qeyd edib.

O, COP 29 konfransının Bakıda keçiriləcəyini vurğulayaraq, tədbirin iqlim dəyişikliyi ilə bağlı müzakirələr aparmağa imkan yaradacağını diqqətə çatdırıb.

Siyasət