Avstraliyalı araşdırmaçı: İslamofobiyaya qarşı mübarizə tədbirlərinin daha çox keçirilməsi lazımdır

post-img

Bugünkü tədbir islamofobiyaya qarşı mübarizə aparmaq üçün vacib sayılır.

Bunu AZƏRTAC-a müsahibəsində Bakının ev sahibliyi etdiyi “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçısı, avstraliyalı araşdırmaçı Sara Cheikh Husain deyib.

Beynəlxalq konfransın möhtəşəm və hərtərəfli olduğunu diqqətə çatdıran qonaq vurğulayıb: “Mən ilk dəfədir Bakıda oldum. Bu tipli tədbirlərin daha çox keçirilməsi vacibdir. Panel müzakirələrin hər biri yüksək səviyyədə keçirildi. Bu konfransda iştirak etdiyim üçün çox şadam”.

Siyasət