Hazırda Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının (YAP) keçdiyi inkişaf yolu barədə aydın təsəvvür yaradır. Ümummilli lider Heydər Əliyev cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan YAP-ı qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.
Dövlətimizin başçısı İlham Əliyev müstəqil Azərbaycanın getdikcə inkişaf etməsində, beynəlxalq aləmə inteqrasiya olunmasında və reytinqinin artmasında Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyətindən söz açaraq demişdir: “1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisə idi. Çünki hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçmişdir. O vaxtkı iqtidar ölkəni uçuruma aparırdı. Səriştəsiz, bacarıqsız, biliksiz insanlar, demək olar ki, Azərbaycanın dövlət müstəqilliyinə böyük zərbə vurmuşdular. Ona görə Heydər Əliyevin ətrafında birləşən insanlar, ilk növbədə, çox böyük cəsarət göstərmişlər. Çünki o vaxtkı iqtidar imkan vermədi ki, hətta partiyanın təsis qurultayı Bakıda keçirilsin. Digər tərəfdən, onlarda olan vətən sevgisi onların bu hərəkətlərini şərtləndirdi”.
5 mart 2021-ci il tarixində keçirilən YAP-ın VII qurultayı əlamətdar tarixi hadisə, 44 gfünlük Vətən müharibəsindən sonrakı Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq atılan addım kimi dəyərləndirildi. Qurultayda Azərbaycanın bütün istiqamətləri, eyni zamanda YAP-ın qarşısında dayanan vəzifələr diqqətə çatdırılmışdır. Ölkə rəhbərinin, partiyamızın Sədri cənab İlham Əliyevin vurğuladığı kimi, YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var: “Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın.”
VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi və eyni zamanda partiyanın fəaliyyətində keyfiyyət etibarı ilə əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Bütün bunlar ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin uğurları sayəsində bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin energetika sektorunda əldə etdiyi nəticələrin yalnız müəyyən bir hissəsidir.
Prezident İlham Əliyevin bildirdiyi kimi, müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Müstəqillik illərində biz bir amalla yaşayırıqdıq ki, doğma torpağımızı düşmənin əlindən alaq, işğaldan azad edək və ərazi bütövlüyümüzü bərpa edək. Nəhayət ki, biz buna nail olduq.
Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident cənab İlham Əliyevin proqram xarakterli, müasir dövrün, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizin yaratdığı yeni reallıqları özündə əks etdirən nitqi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirmişdi. YAP-ın VII qurultayı ölkəmizdə son illərin ən mühüm hadisələrindən biri oldu. Ona görə ki, Azərbaycanın öz ərazilərini düşmən tapdağından azad etməsi ilə nəticələnən 44 günlük İkinci Qarabağ müharibədən sonra təkcə ölkəmizdə və Cənubi Qafqazda deyil, ümumiyyətlə, Avrasiya məkanında yeni reallıqlar ortaya çıxıb. Həmin reallıqlardan yaranan çağırışlara cavab vermək üçün isə mütləq yeniliklər edilməli, idarəçilik prinsipləri müasirləşdirilməli, beynəlxalq aləmdəki ən müasir metodologiya və texnologiyalara müraciət olunmalıdır. YAP-ın son qurultayında struktur islahatları da aparıldı. Təbiidir ki, sürətlə yeniləşən Azərbaycanın qarşısında həllini gözləyən strateji vəzifələr dayanır. Partiyanın son qurultayında bununla bağlı bir sıra mühüm bəyanatlar səsləndi, postmüharibə dövründən sonra yaranmış yeni reallıqlara uyğun çevik və məqsədəyönümlü fəaliyyət göstərilməsinin önəmli olduğu vurğulandı. Xüsusilə də YAP-ın sədri İlham Əliyevin rəhbərlik etdiyi partiyanın ölkənin həyatında oynadığı tarixi rol barədə ətraflı məlumat verməklə yanaşı, partiyanın qarşısında dayanmış məqsəd və hədəfləri aydın şəkildə elan etdi. Ölkə rəhbəri açıqladı ki, YAP yeniləşmiş formatda, həmçinin rəhbər orqanlarında təmsil olunan namizədləri nəzərə alsaq, daha fəal olacaq, ölkə qarşısında duran problemləri daha fəal icra edəcəkdir.
Qeyd edək ki, qurultayda qəbul olunmuş ən əlamətdar hadisələrdən biri də məhz Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini təyin edilməsi oldu. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın belə mötəbər vəzifəyə təyin olunması YAP-ın fəaliyyətinə daha da güclü təsir göstərəcək. Bu gün bir faktdır ki, Azərbaycanın inkişafında, beynəlxalq miqyasda yüksək imici olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Bu gün Yeni Azərbaycan Partiyası xalqımızın ümummilli lideri Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini