Türkiyə uzun illər Asiya Parlament Assambleyasına (APA) sədrlik edib. Hazırda sədrlik Azərbaycana keçib, bu münasibətlə təbriklərimi çatdırıram. Azərbaycan Milli Məclisi APA-ya sədrliyi layiqincə həyata keçirəcək, buna heç bir şübhəmiz yoxdur.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Nurman Kurtulmuş Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 14-cü Plenar Sessiyasının açılış mərasimdən sonra jurnalistlərə açıqlamasında deyib.
Prezident İlham Əliyevin Türkiyə səfərinə və ölkələrimiz arasındakı münasibətlərdən bəhs edən Numan Kurtulmuş qeyd edib: “İki qardaş ölkə arasında münasibətlər mükəmməl şəkildədir, əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Münasibətlərin inkişafı nəticəsində hər iki ölkədə rifah daha da yaxşılaşacaq. Fürsətdən istifadə edərək TBMM-in adından Prezident İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edirəm. Hesab edirik ki, böyük Qarabağ Zəfərindən sonra bu qələbə də həm Azərbaycan xalqına, həm də Türk dünyasına böyük vədlər verir".